“İnformasiya təhlükəsizliyi
sahəsində fəaliyyətin təkmilləşdirilməsi
tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 sentyabr tarixli 708 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
"İnformasiya
təhlükəsizliyi sahəsində
fəaliyyətin təkmilləşdirilməsi
tədbirləri haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 26
sentyabr tarixli 708 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2012, ¹ 9, maddə 860, 2014, ¹ 9, maddə 1027; 2017, ¹ 8, maddə
1521, ¹ 9, maddə 1643) aşağıdakı
dəyişikliklər edilsin:
1. 2-ci hissədə
"dövlət orqanları”
sözlərindən sonra
", dövlətə məxsus
olan hüquqi şəxslər, o cümlədən
Azərbaycan Respublikasının
Prezidenti tərəfindən
yaradılan publik hüquqi şəxslər
(bundan sonra - dövlət qurumları)”
sözləri əlavə
edilsin və "dövlət orqanlarının”
sözləri "dövlət
qurumlarının” sözləri
ilə əvəz edilsin.
2. 3.2-ci bənddə
ismin müvafiq hallarında "dövlət
orqanları” sözləri
"dövlət qurumları”
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
31 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 1 noyabr.-
S.2.