Əlcəzair Xalq Demokratik
Respublikasının Prezidenti Zati-aliləri
cənab Əbdüləziz Buteflikaya
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – İnqilab Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Əlcəzair arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əlcəzair xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 oktyabr
2018-ci il
Azərbaycan.- 2018.- 1 noyabr.-
S.1.