Baş nazir Novruz Məmmədov
Astana şəhərinə yola düşüb
Noyabrın 1-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının növbəti iclasında iştirak etmək üçün Qazaxıstanın paytaxtı Astana şəhərinə yola düşüb.
AZƏRTAC-a bu barədə Nazirlər Kabinetinin
mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan.- 2018.- 2 noyabr.- S.2.