Prezident İlham
Əliyevin adından Süleyman Dəmirəlin
məzarı önünə
əklil qoyulub
Türkiyənin 9-cu Prezidenti, görkəmli siyasi və dövlət xadimi Süleyman Dəmirəlin
anadan olmasının
94-cü ildönümü münasibətilə İsparta
şəhərinin İslamköy
kəndində anma mərasimi keçirilib.
AZƏRTAC xəbər
verir ki, tədbirdə Süleyman Dəmirəlin prezidentliyi
dövründə nazir,
millət vəkili və digər siyasi vəzifələrdə
təmsil olunan şəxslər, həmçinin
onun yaxınları və sevənləri iştirak ediblər.
Mərasim Türkiyənin dövlət
himninin səsləndirilməsi
ilə başlanıb. Sonra Süleyman
Dəmirəlin xatirəsi
bir dəqiqəlik sükutla yad edilib. Görkəmli dövlət xadiminin
məzarı ehtiramla ziyarət olunub.
Abidə-məzar kompleksinin önünə
Azərbaycan Prezidenti İlham Əliyevin adından əklil qoyulub.
Tədbirdə Süleyman
Dəmirəlin 20 il şəxsi həkimi olan, hazırda Türkiyə Böyük
Millət Məclisinin
üzvü Aylin Cəsur, Azərbaycanın
Ankaradakı səfiri
Xəzər İbrahim
və başqaları
çıxış ediblər.
Səfir Xəzər
İbrahim Süleyman Dəmirəlin yaxınlarına
Azərbaycan Prezidenti İlham Əliyevin adından başsağlığı
verib, mərhum dövlət xadiminin Türkiyə-Azərbaycan dostluğu
və qardaşlığı
üçün göstərdiyi
xidmətlərdən, o cümlədən
ulu öndər Heydər Əliyevlə olan səmimi dostluq münasibətlərindən
danışıb. Səfir diqqətə
çatdırıb ki,
Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında Süleyman
Dəmirəlin hər
zaman Azərbaycanın
yaxın dostu olduğunu və onun xatirəsinin xalqımızın qəlbində
daim yaşayacağını
ifadə edib.
Digər natiqlər də Süleyman Dəmirəl haqqında dəyərli fikirlər söyləyib,
onunla bağlı xatirələrini bölüşüblər.
Sonra iştirakçılar İslamköydəki
Süleyman Dəmirəl
muzeyində olublar.
Qeyd edək ki, bu
muzeydə Süleyman Dəmirəlin ulu öndər Heydər Əliyevlə birgə fotolarından, Azərbaycanla
bağlı ona verilmiş müxtəlif hədiyyələr və
mükafatlardan ibarət
guşə yaradılıb.
Azərbaycan.- 2018.- 2 noyabr.- S.2.