“Azərbaycan Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin fəaliyyətinin
təmin edilməsi və “Bir sıra mərkəzi
icra hakimiyyəti orqanlarının
strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli
1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 3 oktyabr tarixli
761 nömrəli Sərəncamında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin institusional fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər və "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və onun yanında yaradılmış dövlət xidmətləri haqqında əsasnamələrin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli 225 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
"Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının strukturlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 1015 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 3 oktyabr tarixli 761 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 10, maddə 1226; 2018, ¹ 4, maddə 720) aşağıdakı dəyişikliklər edilsin:
1. 5-ci hissədə "rayon və şəhər idarələrinin” sözləri "dövlət aqrar inkişaf mərkəzlərinin” sözləri ilə əvəz edilsin.
2. Həmin sərəncamla təsdiq edilmiş "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturu”nun 7-ci hissəsində "rayon və şəhər idarələri” sözləri "dövlət aqrar inkişaf mərkəzləri” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
2 noyabr 2018-ci il
Azərbaycan.- 2018.- 3 noyabr.- S.2.