“İstehsalatda bədbəxt hadisələr
və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
16-cı və 27-ci bəndlərini
rəhbər tutaraq,
"İstehsalatda bədbəxt
hadisələr və
peşə xəstəlikləri
nəticəsində peşə
əmək qabiliyyətinin
itirilməsi hallarından
icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununu
"Azərbaycan Respublikasının
Əmək Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2017-ci il
15 dekabr tarixli 931-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədilə
qərara alır:
"İstehsalatda
bədbəxt hadisələr
və peşə xəstəlikləri nəticəsində
peşə əmək
qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010, ¹ 7, maddə
572; 2011, ¹ 12, maddə 1089; 2013, ¹ 11, maddə 1318; 2014, ¹ 1, maddə
9, ¹ 7, maddə 777; 2015, ¹ 2, maddələr 74, 96, ¹ 3, maddə
253; 2016, ¹ 2, I kitab, maddə
184, ¹ 3, maddə 416; 2017, ¹ 7, maddə 1290) 7.1.2-ci maddəsində
"təhqiqatında” sözü
"araşdırılmasında” sözü ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 3 noyabr.-
S.5.