“Aviasiya haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
23-cü bəndini rəhbər
tutaraq, "Azərbaycan
Respublikasının Əmək
Məcəlləsində dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2017-ci il 15 dekabr tarixli 931-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
"Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2005, ¹ 8, maddə 689; 2007, ¹ 12, maddə 1218; 2009, ¹ 12, maddə
948; 2011, ¹ 3, maddə 169; 2015, ¹ 1, maddə 10, ¹ 2, maddə
95; 2016, ¹ 10, maddə 1604; 2017, ¹ 3, maddə 338, ¹ 5, maddə
693) aşağıdakı dəyişikliklər edilsin:
1. 10.4-cü maddənin
ikinci hissəsində
"təhqiqini” sözü
"araşdırılmasını” sözü ilə əvəz edilsin.
2. 13.2-ci maddənin
birinci hissəsinin birinci cümləsində
"təhqiq edən”
sözləri "araşdıran”
sözü ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 3 noyabr.-
S.5.