Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
“Dövlət müəssisə və təşkilatları
(idarələri) tərəfindən ərzaq məhsullarının
mərkəzləşdirilmiş qaydada
dövlət büdcəsinin vəsaitləri hesabına
satın alınması Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Azərbaycan Respublikası
Kənd Təsərrüfatı
Nazirliyinin institusional fəaliyyətinin təkmilləşdirilməsi
sahəsində əlavə
tədbirlər və
"Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı
Nazirliyi və onun yanında yaradılmış dövlət
xidmətləri haqqında
əsasnamələrin təsdiq
edilməsi barədə”
Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 20
aprel tarixli 226 nömrəli Fərmanında
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 31 iyul tarixli 225 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
11 aprel tarixli 859 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2016, ¹ 4, maddə 664, ¹ 9, maddə
1486) ilə təsdiq edilmiş "Dövlət
müəssisə və
təşkilatları (idarələri)
tərəfindən ərzaq
məhsullarının mərkəzləşdirilmiş
qaydada dövlət büdcəsinin vəsaitləri
hesabına satın alınması Qaydası”nın
3.1.4-cü yarımbəndinin birinci cümləsində
"rayon və şəhər
idarələri” sözləri
"dövlət aqrar
inkişaf mərkəzləri”
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
2 noyabr 2018-ci il
Azərbaycan.- 2018.- 3 noyabr.-
S.2.