“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957 IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 190 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Yaşıllıqların mühafizəsi haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 840-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

"Yaşıllıqların mühafizəsi haqqındaAzərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 190 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 6, maddə 640; 2017, ¹ 12 (I kitab), maddə 2286; 2018, ¹ 3, maddə 439) aşağıdakı dəyişikliklər edilsin:

1.3.1-1-ci bənddə "Yaşıllıqların mühafizəsi haqqındaAzərbaycan Respublikası Qanunununsözləri "həmin qanununsözləri ilə əvəz edilsin.

2.3.4-cü bəndə "nəzərdə tutulmuşsözlərindən əvvəl " 16.1-ci maddəsinin ikinci cümləsindəsözləri əlavə edilsin.

3. Aşağıdakı məzmunda 3.5-1-ci bənd əlavə edilsin:

"3.5-1. həmin qanunun 21.4-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 3 noyabr.- S.5.