S.F.Hacıyevin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 131-ci maddəsinin II hissəsinə, "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin II hissəsinə və 97-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Bakı Apelyasiya Məhkəməsinin hakimi Sənan Firudin oğlu Hacıyev vəzifəsi dəyişdirilərək Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Oqtay ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 2 noyabr 2018-ci il

 

Azərbaycan.- 2018.-3 noyabr.- S.3.