Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1.Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:

Əsgər Novruz oğlu Novruzov - Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi

Mehman Dünyamalı oğlu Allahverdiyev - Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər Məhkəməsinin hakimi

Əhliman Mehman oğlu Xıdırov - Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin sədri

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Oqtay ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 2 noyabr 2018-ci il

 

Azərbaycan.- 2018.-3 noyabr.- S.3.