Şirvan Apelyasiya Məhkəməsi hakimlərinin
təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin
Qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə, 96-cı maddəsinin birinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Şirvan Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər.
Elşad İbiş oğlu Əliyev - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi
Fuad Kamil oğlu Soltanov - Lənkəran Rayon Məhkəməsinin hakimi
2. Aşağıdakı hakimlər səlahiyyət müddəti uzadılaraq Şirvan Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Fehruz Novruz oğlu Abbasov,
Müşfiq Kamil oğlu Həsənov,
Tale Suliddin oğlu Kərimov.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Oqtay ƏSƏDOV,
Azərbaycan Respublikası Milli Məclisinin
Sədri
Bakı şəhəri, 2 noyabr
2018-ci il
Azərbaycan.- 2018.-3 noyabr.- S.3.