Gəncə Apelyasiya Məhkəməsi
hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin
Qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə, 96-cı maddəsinin birinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Gəncə Hərbi Məhkəməsinin hakimi Salman Bilal oğlu Hüseynov vəzifəsi dəyişdirilərək Gəncə Apelyasiya Məhkəməsinin hakimi təyin edilsin.
2. Aşağıdakı hakimlər səlahiyyət müddəti uzadılaraq Gəncə Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Afiq Hüseyn oğlu Hüseynzadə,
Rəşad Ziyaviddin oğlu Mamedov.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Oqtay ƏSƏDOV,
Azərbaycan Respublikası Milli Məclisinin
Sədri
Bakı şəhəri, 2 noyabr
2018-ci il
Azərbaycan.- 2018.-3 noyabr.-
S.3.