Sumqayıt Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 96-cı maddəsinin birinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Aşağıdakı hakimlər səlahiyyət müddəti uzadılaraq Sumqayıt Apelyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Hökümə Çingiz qızı Babayeva,

Ruhiyyə Orucəli qızı Əsgərova,

Fuad Əli oğlu Məmmədov,

Məhəmmədəli Əsəd oğlu Rzayev.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Oqtay ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

Bakı şəhəri, 2 noyabr 2018-ci il

 

Azərbaycan.- 2018.-3 noyabr.- S.3.