İlham Əliyevin
inkişaf strategiyası
qlobal miqyasda təqdir olunur
"Doing Business
2019” hesabatı Azərbaycanda
həyata keçirilən
islahatlara verilən yüksək beynəlxalq qiymətdir
Bir neçə il öncə
neftin qiymətinin kəskin ucuzlaşmasının
bir sıra ölkələrin iqtisadiyyatına
ciddi təsir göstərməsinə baxmayaraq,
Azərbaycan qlobal maliyyə-iqtisadi böhrandan
minimal çətinliklə çıxmağı bacardı.
Bunun da əsas səbəbi
ölkədə vaxtında
tətbiq olunan qabaqlayıcı tədbirlər,
ən əsası, yeni iqtisadi şəraitə
uyğun olaraq başladılan iqtisadi islahatlar idi. Belə ki,
bu islahatlar qeyri-neft sektorunun inkişafı məqsədilə
bir sahə ilə kifayətlənməyərək
kompleks tədbirlərin
görülməsini əhatə
etdi.
Son 2 ildə qeyri-neft sektoru artım nümayiş etdirir
Reallıq ondan ibarət idi ki, ölkə
rəhbərliyinin 2016-cı ilin ilk rübündən həyata keçirdiyi operativ tədbirlər və dərin islahatlar nəticəsində
bütün iqtisadi risklər minimum səviyyəyə
endirildi. Bu zaman
qarşıya qoyulan ən əsas vəzifə yeni çağırışlardan irəli gələrək
qeyri-neft sektorundakı
mövcud potensialın
hərəkətə gətirilməsi,
bu sahədə dinamik inkişafa nail olmaq üçün yeni iqtisadi islahatların
həyata keçirilməsi
idi. Bu məqsədlə
qeyri-neft istehsalının
stimullaşdırılması, sahibkarlıq fəaliyyəti
üçün daha münbit şəraitin yaradılması, o cümlədən
kənd təsərrüfatında
ölkəmizə valyuta
gətirə biləcək
sahələrin inkişafı
üçün təxirəsalınmaz
addımlar atıldı.
Dövlət başçısının imzaladığı fərman
və sərəncamlar,
Milli Məclisin, Nazirlər Kabinetinin qəbul etdiyi müvafiq qanun və qərarlar yeni iqtisadi islahatların
hüquqi bazasını
təşkil etdi.
Reallıq göstərir ki,
aparılan iqtisadi islahatlar nəticəsində
son illər ərzində
bu sahədə mühüm nailiyyətlər
əldə olunub, qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi artıb, rəqabətqabiliyyətli malların
istehsalı genişlənib.
Bütün bunlarla yanaşı, tikinti icazələri sahəsində "bir pəncərə”nin fəaliyyəti,
onlayn müraciətin
tətbiqi və
"ASAN Kommunal”ın texniki
şərtləri təqdim
etməsi nəticəsində
prosedurların sayı
azaldıldı. Elektrikə çıxış üçün prosedurlar
son bir ildə 7-dən
2-yə, günlərin sayı
isə 69-dan 20-yə qədər
endirildi. Əmlakın qeydiyyatı prosesi sürətləndirildi. Notariuslar Daşınmaz
Əmlakın Dövlət
Reyestri Xidməti ilə inteqrasiya olundu. Son bir ildə vergilərin ödənilməsi sahəsində
də irəliləyişlər
var: ƏDV-nin geri qaytarılması müddəti 45 gündən
20 günə endirilib,
kameral yoxlamalar üçün isə 30
gün vaxt verilib. Bütün bunlarla yanaşı, gömrükdə "yaşıl
dəhliz” və dünyada ilk dəfə olaraq Azərbaycanda onlayn vahid ixrac
ərizəsinin tətbiqi
mühüm "Doing Business” islahatlarıdır.
2018-ci ilin
ötən dövrünün
makroiqtisadi reallıqları
yeni iqtisadi islahatların mühüm
nəticəsindən xəbər
verir. Belə ki, bu dövrdə
ölkənin əsas
makroiqtisadi göstəriciləri
üzrə inkişaf
müşahidə edilib,
50,5 milyard manat dəyərində və ya əvvəlki
illə müqayisədə
real ifadədə 0,7 faiz
çox ÜDM istehsal
olunub. ÜDM-də iqtisadiyyatın qeyri-neft sektorunda istehsal edilmiş əlavə dəyər isə ötən ilin eyni dövrünün göstəriciləri ilə
müqayisədə 0,9
faiz çox olub.
Dünyanın ən çox islahat aparan ölkəsi
Bu il
oktyabrın 31-də Dünya
Bankı tərəfindən
açıqlanan "Doing Business 2019” hesabatı Azərbaycanın
iqtisadi sferadakı uğurlarının beynəlxalq
miqyasda növbəti etirafıdır. Respublikada həyata keçirilən
islahatlar "Doing Business 2019” hesabatında Azərbaycanın
ümumi reytinqdə yeni rekorda imza
atmasına, eləcə
də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə
qalxmasına imkan verib. Belə ki, hesabatda Azərbaycan dünyanın
10 ən islahatçı
dövləti siyahısına
daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Yeni hesabatda Azərbaycanın mövqeyi
2017-ci illə müqayisədə
32 pillə irəliləyərək
190 ölkə arasında
25-ci yerdə qərarlaşıb,
dünyanın bir çox ölkələrini
geridə qoymaqla Müstəqil Dövlətlər
Birliyi ölkələri
arasında lider mövqeyə yüksəlib.
Hesabata əsasən
ölkəmiz "Tikinti
üçün icazələrin
alınması” və
"Kreditlərin alınması”
indikatorlarının hər
biri üzrə 100 pillə irəliləyərək
ciddi nailiyyət əldə edib. "Kiçik investorların
maraqlarının qorunması”
indikatoru üzrə dünyada 2-ci yerə yüksəlməyə, "Biznesə
başlama” (9-cu yer) indikatoru üzrə isə ilk onluğa düşməyə nail olunub.
Bütövlükdə "Doing Business 2019” hesabatının
10 indikatorundan 8-i üzrə
mühüm irəliləyiş
qeydə alınıb.
Eyni zamanda, əmək bazarının tənzimlənməsi
indikatoru üzrə də aparılmış islahatlar Dünya Bankının ekspertləri
tərəfindən qiymətləndirilib.
"Doing Business 2019” hesabatında
deyilir: "Avropa və Mərkəzi Asiya bölgəsinə daxil olan Azərbaycan
ən yaxşı təkmilləşdirmə göstəricilərinə
malik 10 ölkə arasında və qlobal səviyyədə rekorda nail olaraq səkkiz sahə üzrə islahatlar aparmaqla, 2017-2018-ci illərdə
biznes fəaliyyətinin
daha da asanlaşdırılmasını
təmin edib”
("DOING BUSINESS 2019” - Training for Reform”, World Bank Group, page 13).
Bu uğurlar Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin alternativsiz olduğunu və aparılan islahatların cəmiyyətin
bütün təbəqələrinin,
o cümlədən biznes
subyektlərinin mənafelərini
əks etdirdiyini bir daha göstərir.
"Doing Business” hesabatı biznes mühitinin asanlığının
qiymətləndirilməsi üçün
dünyada ən vacib və etibarlı
reytinq göstəricisi
hesab olunur. "Doing
Business” komandası ölkələr
üzrə aparılan
islahatları həm dövlət, həm də çoxsaylı biznes nümayəndələrindən,
habelə məşhur
konsaltinq şirkətlərindən
toplanan sorğulara verilən cavablar əsasında qiymətləndirir.
Aparılan islahatların yoxlanılması
məqsədilə ölkələrə
ayrı-ayrılıqda xüsusi
ekspert missiyaları göndərilir, islahatların
real praktikada tətbiqi
yerində müvafiq meyarlarla araşdırılır.
Nəticədə hər
bir ölkənin həm ümumi, həm də 10 indikator üzrə xüsusi qiymət balı hesablanaraq
mövqeləri müəyyən
edilir.
Bu hesabat həm də xarici investorlar tərəfindən biznes mühitinə dair etibarlı mənbə kimi istinad edilən
əsas reytinq göstəricisi olmaqla yanaşı, digər beynəlxalq təşkilatlar
tərəfindən hazırlanan
hesabatlarda ("Qlobal Rəqabətlilik Hesabatı”,
"Qlobal İnnovasiyalar
İndeksi”, "İqtisadi
Azadlıq İndeksi”,
"Qlobal İmkanlar İndeksi” və s.) baza rolunu oynayır.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2018.- 3 noyabr.-
S.1; 7.