Əhalinin sosial müdafiəsi məşğulluğun
təminatından keçir
Sosial rifahın
təminatında isə
sosial infrastruktur önəmli rol oynayır
Dövlətə etimad əhalinin sosial müdafiəsi ilə sıx bağlı olduğu üçün bütün
ölkələrdə bu
sahə həmişə
xüsusi diqqət mərkəzində saxlanılır.
Azərbaycanda da həyata keçirilən iqtisadi islahatlar zamanı əhalinin sosial müdafiəsinin təminatı
əsas hədəf kimi götürülür. Yəni yeni
istehsal sahələrinin
açılmasına əhalinin
məşğulluq probleminin
həlli, müxtəlif
sosial infrastrukturun yaradılmasına insanların
rahatlığının təminatı
kimi baxılır.
Odur ki, aparılan iqtisadi islahatlar nəticəsində
ölkədə yeni iş yerləri açılır, məktəb
və xəstəxanalar
tikilir, yollar salınır, qaz, su və işıq
xətləri çəkilir.
Prezident İlham
Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunan iclasında sosial sahələrin inkişafını, həmçinin
bu sahədə mövcud olan nöqsanların aradan qaldırılmasının vacibliyini
qeyd edərək demişdir: "Sosial sahədə ciddi islahatlar aparılır. Nazirliyin yeni rəhbərliyinə mənim tərəfimdən
çox ciddi tapşırıqlar verildi
ki, sosial ədaləti pozanlara qarşı çox ciddi tədbirlər görülsün. Bu sahədə rüşvətxorluğa,
korrupsiyaya qarşı
mübarizə çox
ciddi aparılmalıdır
və hazırda aparılır, şəffaflıq
təmin edilir, bu sahədə yol verilmiş pozuntular aradan qaldırılır”. Həmin
iclasda ölkədə
hər il
6-7 min iş yeri yaradılmasının vacibliyini
vurğulayan dövlət
başçısı bu
hədəfə çatmaqda
özünüməşğulluq proqramının xüsusilə
bölgələrdə işsizliyin,
yoxsulluğun aradan qaldırılması üçün
çox önəmli
vasitə, alət olduğunu bildirmişdir.
Son zamanlar
aqrar sektorda aparılan struktur islahatları, bir sıra ənənəvi kənd təsərrüfatı
məhsullarının əkin
sahələrinin genişləndirilməsi
müsbət nəticələr
verir. Təkcə pambıqçılığın inkişafı bölgələrdə
190 mindən çox iş yerinin
açılmasını təmin
edib. Bundan əlavə, baramaçılığın
və yun istehsalının artması
da yüngül sənayenin dirçəlməsinə
imkan yaradıb. Məsələn, bu hesabla Mingəçevir Sənaye
Parkında iki böyük iplik fabriki işləyir.
Həmin
müəssisələrdə 750 nəfər işlə təmin olunub. Yeri gəlmişkən qeyd edək ki, qarşıdakı
illərdə bu parkda yeni müəssisələrin
yaradılacağı və
onların da xammal kimi yerli
kənd təsərrüfatı
məhsullarından istifadə
edəcəyi nəzərdə
tutulub.
Azərbaycanda ipəkçiliyin tarixi qədimdir. Ölkəmizdə istehsal edilən
ipək məhsulları
uzun illər dünya bazarında satılıb. Bununla yanaşı,
Asiyadan Avropaya daşınan ipək məhsullarının tranziti
Azərbaycan üzərindən
həyata keçirilib.
Sovetlər dönəmində də Azərbaycanda ipək məhsullarının
istehsalı davam edib. SSRİ kimi bir ölkədən
ixrac olunan ipək məhsulları sırasında Azərbaycan
ipəyinin özünəməxsus
yeri olub.
Təəssüf ki, müstəqilliyimizin bərpasından sonra məlum səbəblər
üzündən digər
ənənəvi sahələrdə
olduğu kimi, ipəkçilikdə də
durğunluq dövrü
yaşandı. Məsələn, 2015-ci ildə ölkə
üzrə cəmi
236 kiloqram barama istehsal olunmuşdur. Lakin birbaşa dövlət başçısının təşəbbüsü
ilə görülən
tədbirlər bu sahəni də dirçəltdi. Nəticədə
cari il
500 tondan çox barama tədarük edildi. Üstəlik, Şəki İpək
Kombinatı fəaliyyətini
bərpa etdi, müəssisədə işləyənlərin
sayı artdı.
Məlum olduğu kimi, Azərbaycanda kiçik biznesə dəstək vermək məqsədilə
xüsusi proqram hazırlanıb. Bu proqram
çərçivəsində Ailə Biznesinə Asan Dəstək (ABAD) mərkəzləri yaradılır.
Onların əsas xidmət
dairəsi ailə və kiçik biznesə dövlət dəstəyi verməkdir.
Hazırda bu proses ilkin mərhələdədir.
Lakin qarşıya məqsəd
qoyulub ki, bu sahənin fəaliyyəti genişləndirilsin,
daha çox ailəyə və kiçik biznesə dəstək verilsin.
Bu məqsədlə iri və özəl
sektordan da dəstək gözlənilir.
ABAD mərkəzlərinin fəaliyyəti
gələcəkdə minlərlə
iş yerinin açılmasına da təkan verəcək.
Amma iş yerlərinin sayı öz yerində, bu gün əhalini
əməkhaqqının məbləği
də az
maraqlandırmır. Çox yaxşı
haldır ki, bu sahə üzrə
də ölkəmizdə
dinamik artım müşahidə olunur.
Dövlət Statistika
Komitəsinin məlumatına
görə, cari ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin
nominal əməkhaqqı ötən
ilin müvafiq dövrünə nisbətən
3,1 faiz artaraq
541,2 manat təşkil
edib. Əməkhaqqı
neft sektorunda 3083,4, qeyri-neft sektorunda
483,2 manat olub. Hesabat dövründə dövlət müəssisələrində
çalışan işçilərin
əməkhaqları 429,3,
özəl müəssisələrdə
692,6 manata çatıb.
Ölkə əhalisinin
nominal gəlirləri isə
cari ilin 9 ayında keçən ilin müvafiq dövrünə nisbətən
9,5 faiz artaraq 3 milyard 969 milyon manata yüksəlib. Əhalinin hər nəfərinə düşən
gəlirlər də az artmayıb - 8,5 faiz.
Qeyd edildiyi kimi, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasının
bir yolu da sosial infrastrukturun
yenidən qurulmasıdır. Məhz bu
siyasət sayəsində
ölkə üzrə
qazlaşdırılma 94 faizə
çatıb. İlin sonunadək
bu rəqəmin 95 faizə çatması nəzərdə tutulub.
Bununla yanaşı, bölgələrdə
dövrün tələblərinə
cavab verən elektrik, su xətləri
çəkilib, yüzlərlə
yeni məktəb binası, xəstəxanalar
və digər sosial obyektlər tikilərək istifadəyə
verilib.
Bu sırada
məcburi köçkünlərin
problemlərinin həlli
də unudulmur. Həmin kateqoriyadan
olan vətəndaşlarımızın
sosial vəziyyətinin
yaxşılaşdırılması məqsədilə bu vaxta qədər 100-dən
çox şəhərcik
salınıb. Təkcə cari
ildə Qobu qəsəbəsində 1000-dən çox mənzil tikilərək köçkünlərin
ixtiyarına verilib, yəni 2900 məcburi köçkün ailəsi
evli-eşikli olub.
Sumqayıtda, paytaxtın Kürdəxanı,
Mehdiabad, Ramana, Masazır qəsəbələrində,
Abşeron, Tərtər,
Qaradağ rayonlarında
da məcburi köçkünlər üçün
yeni yaşayış
binaları və evlər tikilir. Bu hesabla ilin
sonunadək əlavə
2800 ailə evlə təmin ediləcək.
Beləliklə, bu il 7500 ailə
- təxminən 25 min məcburi
köçkün təzə
evə köçəcək.
Rüstəm KAMAL
Azərbaycan. - 2018.- 3 noyabr.- S.1; 7.