Avropa Yenidənqurma İnkişaf Bankından İlham Əliyevin qlobal layoihəsinə böyük dəstək

 

Bank TAP üçün 1 milyard avroluq maliyyələşdirməni təmin edəcək

 

Avropa Yenidənqurma İnkişaf Bankı (EBRD) "Trans-Adriatik” (TAP) boru kəməri layihəsi üçün 1 milyard avroluq maliyyələşdirməni təmin edəcək.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə EBRD-nin enerji təbii sərvətlər üzrə direktoru Nandita Parşad deyib.

"TAP boru kəməri təbii qazı Albaniya, Yunanıstan İtaliyaya nəql edəcək. Bu da həmin ölkələrdə yeni infrastruktur sərmayələrinə gətirib çıxaracaq. TAP, eyni zamanda, qazın əks istiqamətdə axınını təmin edəcək formada dizayn edilib. Bank TAP-a ayırdığı 500 milyon avroluq krediti bu ilin sonuna kimi yekunlaşdıracaq. Bundan başqa, EBRD vasitəsilə digər maliyyə qurumlarından da 500 milyon avro məbləğində maliyyələşdirmə nəzərdə tutulur. Bununla da, TAP üçün 1 milyard avroluq maliyyələşdirmə təmin olunacaq”, - deyə o əlavə edib.

Qeyd edək ki, TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat tikinti işləri daxil olmaqla ümumilikdə 80 faizdən çoxu icra olunub. Sentyabrın əvvəlinə TAP-ın Yunanıstandan keçəcək 550 kilometrlik hissəsində marşrut xətti üzrə 540 kilometr ərazi tamamilə təmizlənib qiymətləndirilib. Təqribən 538 kilometr boru xətt boyunca düzülüb qaynaq edilib. 504 kilometr boru torpağa basdırılıb təxminən 430 kilometr ərazi bərpa olunub. TAP-ın Albaniyadan keçən 215 kilometrlik hissəsinin demək olar ki, hamısı təmizlənib qiymətləndirilib, həmçinin bütün borular marşrut xətti boyunca düzülüb. Boruların 205 kilometri qaynaqlanıb onların təxminən 189 kilometri torpağa basdırılıb. Təqribən 145 kilometr ərazi bərpa olunaraq tamamilə əvvəlki vəziyyətinə gətirilib. TAP-ın Yunanıstan Albaniya hissəsinin 756 kilometri, yəni 98 faizində ərazi tamamilə təmizlənib qiymətləndirilib. Bundan başqa, iki ölkədə boruların təxminən 90 faizi xəndəyə endirilib. Yunanıstan Albaniyada xəndəyin qazılması işləri 97 faiz yekunlaşıb. TAP-ın borularının 90 faizdən çoxu Yunanıstan Albaniya ərazisindədir. Yunanıstan Albaniya marşrutunun 80 faizində torpaq örtüyü bərpa edilib. TAP-ın Yunanıstan Albaniya hissəsinin 750 kilometrində (98 faiz) boruların qaynaq işləri yekunlaşıb.

Albaniyada TAP-ın 105 kilometrlik dəniz hissəsi üzrə mikrotunel üçün qazma işləri boruların qaynağı üçün hazırlıqlara başlanıb. Boru kəmərinin bu hissəsinin inşası TAP-ın qrafikinə əsasən 2019-cu ildə həyata keçiriləcək. Polad borular dənizin altında ən müasir gəmilərlə qaynaq olunacaq. Qaynaq işlərindən sonra sınaqlar keçiriləcək. Boru kəməri dənizin 810 metrdən çox dərinlikdəki hissəsindən keçəcək. 36 düymlük xəttin inşasında təxminən 9 min boru istifadə olunacaq. TAP-ın podratçısı İtaliyanın "Saipemşirkəti dənizdəki tikinti işləri üçün təxminən 10 gəmidən istifadə edəcək.

TAP-ın ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşası üzrə işlər qrafikə uyğun davam edir. Kipoidəki kompressor stansiyasında ümumi tikinti işlərinin 60 faizdən çoxu yekunlaşıb. Fierdəki kompressor stansiyasının tikintisinin 50 faizdən çoxu tamamlanıb. Kompressor stansiyaları ilə yanaşı, Albaniyanın şərqində, Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi aparılır. Ölçmə stansiyasında tikinti işlərinə ötən ilin birinci rübündə başlanılıb stansiyanın inşasının 50 faizi tamamlanıb. Kompressor ölçmə stansiyalarının tikintisi təxminən iki il müddətində başa çatdırılacaq.

Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə bu ölkədən Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin TANAP-ın davamı olub, "Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur iyul ayının sonuna TAP-a 3,1 milyard avro sərf olunub.

Boru kəməri Avropanın üç ölkəsinin ərazisindənYunanıstan, Albaniya İtaliyadan keçir. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. Avropaya ilk qazın verilməsi 2020-ci ilə planlaşdırılır.

TAP boru kəməri TANAP ilə birləşəcək Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Boru kəməri buradan Yunanıstan Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP burada "Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), "Snam S.p.A.” (20 faiz), "Fluxys” (19 faiz), "Enagás” (16 faiz) "Axpo” (5 faiz).

 

Azərbaycan. - 2018.- 3 noyabr.- S.1; 4.