Diplomatik fəaliyyəti başa çatan Koreya səfiri ilə Azərbaycan Xarici İşlər Nazirliyində görüş keçirilib

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Çanq Gyu ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tərəflər görüşdə Azərbaycan və Koreya arasında siyasi, iqtisadi, ticarət və digər sahələrdə əlaqələrin inkişafından məmnunluqla danışıblar və bu əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Səfir Kim Çanq Gyu diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusilə vurğulayıb və bu xüsusda təşəkkürünü ifadə edib.

Elmar Məmmədyarov Kim Çanq Gyuya gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edib.

 

Azərbaycan.- 2018.- 3 noyabr.- S.3.