Milli Onkologiya Mərkəzinin yeni
korpusunda 2 ədəd “VitalBeam™”
xətti sürətləndirici sistemi
istifadəyə verilib
Milli Onkologiya Mərkəzinin (MOM) şüa müalicəsi şöbəsində əlavə olaraq ikimərtəbəli yeni korpus tikilib və dünyanın tibbi qurğular və xərçəng xəstəliyinin müalicəsi üçün proqram təchizatı istehsalı sahəsində aparıcı şirkəti olan Amerikanın "Varian Medical System”in 6-10 MeV-lıq yüksək enerjili 2 ədəd xətti sürətləndiricisi quraşdırılıb. Bununla da, MOM-un şöbəsində fəaliyyət göstərən və ən müasir kompüter proqramları ilə təchiz edilən xətti sürətləndiricilərin sayı 7-yə çatıb ki, bu da dünyada ən yüksək göstəricidir.
Açılışı bildirən rəmzi qırmızı lent kəsildikdən sonra MOM şöbəsinin yeni korpusu ilə tanışlıq olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən MOM-un baş direktoru, akademik Cəmil Əliyev səhiyyənin ən vacib sahələrindən biri olan onkologiyaya Azərbaycanda xüsusi diqqət yetirildiyini bildirib. Qeyd edilib ki, Azərbaycan Prezidentinin diqqəti və qayğısı sayəsində hazırda Milli Onkologiya Mərkəzi ən müasir avadanlıqla təchiz olunub. Zəngin maddi-texniki bazaya və güclü kadr potensialına malik olan MOM-u artıq dünyanın aparıcı onkoloji mərkəzləri ilə müqayisə etmək olar. Vurğulanıb ki, burada aparılan müalicənin əsas məqsədi xəstələrin ömrünün uzadılması, onların mümkün olduğu qədər tam şəfa tapmasıdır.
Akademik
öz çıxışında
xatırladıb ki, son
illər Milli Onkologiya
Mərkəzi onkoloji xəstələrin
müalicəsi üçün zəruri
yeni texnologiyaların
istehsalçısı olan dünyanın
aparıcı şirkətləri ilə sıx əməkdaşlıq
edir. MOM ilə Amerikanın bədxassəli
şişlərin radioterapiyası üçün
müasir texnologiyaları layihələşdirən
və istehsal edən "Varian
Medical Systems” şirkəti
arasında 2014-cü ilin oktyabrında
imzalanmış əməkdaşlıq haqqında saziş buna sübutdur. Bununla da, Milli Onkologiya
Mərkəzi rəsmi
referens-mərkəz statusunu
alıb. Sənəd tərəfdaşlar arasında əməkdaşlığın
genişləndirilməsinə, müasir texnologiyaların
Azərbaycana daha qısa vaxt ərzində çatdırılmasına,
xarici mütəxəssislərlə
geniş fikir mübadiləsi aparılmasına
şərait yaradır.
Bununla yanaşı, imzalanmış
saziş Milli Onkologiya Mərkəzində
onkoloji xəstələrə
göstərilən yüksək
səviyyəli xidmətin
dünyanın aparıcı
klinikaları tərəfindən
tanınmasını təsdiq
edir.
MOM-un şüa müalicəsi şöbəsinin
müdiri, Əməkdar
elm xadimi, professor İsa
İsayev qeyd edib ki, tibb
işçilərinin radioşüalanmanın
mənfi təsirinə
məruz qalmaması məqsədilə Mərkəzin
şöbəsinin yeni
korpusunun tikintisində
Beynəlxalq Atom Enerjisi
Agentliyinin tövsiyələri
əsasında və Azərbaycanın Fövqəladə
Hallar Nazirliyinin nəzarəti altında spesifik materiallardan istifadə edilib. Qeyd olunub ki,
yüksək kadr potensialına malik MOM-un şüa müalicəsi
şöbəsində hər
gün 200-250, il ərzində isə 3 min insan radioterapiya alır. "Varian Medical System” şirkətinin
Bakıdakı referens-mərkəzində
radioterapiya üzrə
praktik məşğələlər
keçirilir, həmçinin
xarici ölkədən
olan həkimlər üçün müasir
radioterapiya üsullarına
həsr edilən kliniki proqramlar üzrə məşğələlər
təşkil edilib.
Eyni zamanda, seminarlar Azərbaycanın həm radiasiya onkoloqları, həm də digər mütəxəssislər
– tibb fizikləri, mühəndislər və
texniklər üçün
keçirilir. Bununla yanaşı,
elektrik enerjisinin fasiləsiz təminatı
məqsədilə şüa
müalicəsi şöbəsinin
texniki xidmət otağında 16 generator quraşdırılıb.
Həmçinin qeyd olunub ki, radioterapiyanın qabaqcıl üsullarının,
xüsusilə, stereotaksik
radiocərrahiyyənin öyrənilməsi
çox mürəkkəb
məsələdir. Bu
müalicə üsulu
üçün yüksəkixtisaslı
kadrlar və müasir avadanlıqlar tələb olunur. Bununla bağlı, Avropadan olan aparıcı mütəxəssislər tərəfindən
Mərkəzin tibb fizikləri, mühəndisləri
və texnikləri üçün mütəmadi
əsasda treninqlər
keçirilir.
Sonda akademik Cəmil Əliyev tibb işçilərinə elmi-praktik
fəaliyyətlərində uğurlar arzulayıb.
Azərbaycan.- 2018.-3 noyabr.- S.6.