Bakıda Azərbaycan Avropa İttifaqı arasında təhlükəsizlik dialoqu keçirilib

 

Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında təhlükəsizlik dialoqu keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Avropa İttifaqının nümayəndə heyətinə Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin siyasi məsələlər üzrə müavini Jan Kristof Belyar rəhbərlik edib. nümayəndə heyəti Xarici İşlər Nazirliyində nazir müavini Araz Əzimov ilə görüşüb.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev digər rəsmilərlə görüş keçirib.

Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının bu ilin fevralında keçirilmiş 15-ci iclasında təhlükəsizlik nəqliyyat məsələləri üzrə ikitərəfli dialoq mexanizminin yaradılması barədə qərar qəbul olunub.

Dialoq çərçivəsində regional beynəlxalq gündəlikdə duran məsələlər, o cümlədən terrorizm, separatçılıq ekstremizmin bütün forma təzahürlərinə qarşı mübarizə, transmilli mütəşəkkil cinayətkarlıq qaçaqmalçılıq, kibertəhlükəsizlik digər təhlükəsizlik hədələrinə qarşı mübarizə sahəsində əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. Həmçinin görüş əsnasında Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlıq Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyinə töhfəsi qeyd olunub.

Tərəflər bir-birlərinin suverenliyi, ərazi bütövlüyü beynəlxalq sərhədlərinin toxunulmazlığı öhdəliklərinə sadiq qaldıqlarını təkrar ediblər. Bildirilib ki, hazırda üzərində danışıqlar aparılan yeni tərəfdaşlıq sazişi Azərbaycan Avropa İttifaqı arasında əməkdaşlığın hərtərəfli inkişafı üçün əlverişli imkanlar yaradacaq.

tərəfi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti barədə məlumatlandırılıb. Vurğulanıb ki, yalnız Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi zor gücünə didərgin düşmüş insanların öz evlərinə geri qayıtması bölgədə davamlı sülh dayanıqlı inkişafa gətirə bilər.

Tərəflər ilk dəfə keçirilən bu dialoqu münasibətlərində yeni bir məqam kimi dəyərləndirib dialoqun növbəti ildə davam etdirilməsi barədə razılığa gəliblər.

 

Azərbaycan. - 2018.- 4 noyabr.- S.3.