Qarabağ "ağ
qızıl"ın mərkəzinə
çevrilir
Noyabrın 5-də Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunda səfərdə olarkən yolüstü Ağcabədi rayonunun Hindarx qəsəbəsində
Əsmər Hüseynovanın
pambıq sahəsi ilə tanış
olublar.
AZƏRTAC xəbər
verir ki, Ağcabədi Rayon İcra
Hakimiyyətinin başçısı
Şahin Məmmədov
və pambıqçı
Əsmər Hüseynova
təsərrüfatda görülən
işlər barədə
Prezident İlham Əliyevə məlumat verdilər.
Dövlətimizin başçısı pambıqçılarla
söhbət etdi.
Prezident İlham
Əliyev: Salam, xoş
gördük.
Pambıqçılar: Xoş
gəlmisiniz.
Prezident İlham
Əliyev: Burada yaxşı pambıq yetişdirmisiniz. Məhsuldarlıq yaxşı olmalıdır.
Görün, bir qoza nə boydadır. 2016-cı ildə pambığın kiloqramının
qiyməti 41 qəpik idi, qaldırdıq 50 qəpiyə. Bu il isə 65 qəpiyə qaldırmışıq.
Bunu ona görə edirik ki, siz
daha çox pul qazanasınız.
Pambıqçılar: Çox
sağ olun,
Allah Sizi qorusun.
Prezident İlham
Əliyev: İndi pambıqçılıq sürətlə
inkişaf edir. Bu il bu günədək 200 min ton pambıq
tədarük olunub. Keçən il
bu vaxt təxminən
160 min ton idi, bu il 200 min ton. Əgər yığım kampaniyamız
belə davam etsə, deməli, təxminən 260 min ton pambıq
tədarük ediləcək.
Pambıqçılıqda 190 min insan işləyir,
pul qazanır, həm öz ailə büdcəsini yaxşılaşdırır, həm
də dövlətə
xeyir verir.
Pambıqçılar: Bəli,
Allah köməyiniz olsun.
Sizin sayənizdə ailələrimizin
yanında alnıaçıq,
üzüağıq.
Prezident İlham
Əliyev: İndi adambaşına orta hesabla nə qədər pambıq yığırsınız?
Pambıqçılar: Bir gündə hərəyə
110-120 kiloqram yığırıq.
Prezident İlham
Əliyev: Bir gündə 120 kiloqram?
Pambıqçılar: Bəli,
cənab Prezident, bir gündə.
Prezident İlham
Əliyev: 120 kiloqram yığırsınızsa, deməli,
nə qədər qazancınız olur?
İcra hakimiyyətinin
başçısı Şahin
Məmmədov: İyirmi
manatdan çox edir - 24 manat. Bir evdən tarlaya beş
adam çıxırsa,
hərəsi 100 kiloqram
yığsa, axşam
100 manat pul aparır.
Prezident İlham
Əliyev: 100 manat, hər gün bir evə?
Pambıqçılar: Bəli,
hər gün.
Prezident İlham
Əliyev: Yaxşıdır.
Şahin Məmmədov:
Keçən il bugünkü tarixə biz 15 min 783 ton pambıq
yığmışdıq. Amma bu gün 20 min tona çatmışıq.
Keçən ilin müvafiq
dövründəkindən təqribən 5 min ton artıq
təhvil vermişik.
Prezident İlham
Əliyev: Sizdə əkin sahəsi 10 min hektardır. Əgər 20 min ton vermisinizsə, deməli, 20 sentneri siz artıq təmin etmisiniz.
Şahin Məmmədov:
20,8 sentner vermişik.
Prezident İlham
Əliyev: Amma yığım hələ
davam edəcək.
Şahin Məmmədov:
Bəli, biz bu günədək keçən
il bütün
mövsüm ərzində
yığdığımızdan çox pambıq vermişik. Keçən il mövsüm
ərzində 20 min 497 ton pambıq
yığmışdıq.
Prezident İlham
Əliyev: Bəs, ümumiyyətlə, rayon üzrə
hektardan məhsuldarlıq
nə qədər gözlənilir?
Şahin Məmmədov:
Hektardan 27-28 sentner. Ötən il 21,5 sentner idi.
Prezident İlham
Əliyev: 27-28 sentner,
çox gözəl,
çox yaxşı.
Texnika da var, görürəm,
biz yüzlərlə texnika
almışıq. Demək
olar ki, burada ilboyu iş
var.
Şahin Məmmədov:
Bəli, ilboyu, şumdur, aratdır, maladır, sonra çiyidin səpilməsidir.
Prezident İlham
Əliyev: Bəli, həm məşğulluq,
həm də yaxşı qazanc.
Pambıqçılar: Bəli,
cənab Prezident, qazancımız yaxşıdır.
***
Sonda xatirə şəkli çəkdirildi.
Dövlətimizin başçısı
məhsulun vaxtında
və itkisiz toplanması ilə bağlı müvafiq tapşırıqlarını verdi.
Azərbaycan.- 2018.-6 noyabr.- S.5.