Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı
uğurla inkişaf edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının uğurla inkişaf etdiyi bildirildi, hazırda ölkəmizlə Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni saziş üzrə danışıqların aparıldığı vurğulandı və bu sazişin gələcək əməkdaşlığın hərtərəfli inkişafı üçün əlverişli imkan yaradacağı qeyd olundu.
Söhbət
zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli
üzrə danışıqlar prosesi ətrafında,
Azərbaycanla Avropa İttifaqı
arasında turizm, nəqliyyat, təhsil və
digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin
perspektivləri ilə bağlı fikir
mübadiləsi aparıldı.
Azərbaycan.- 2018.-8 noyabr.- S.1.