“Made in Azerbaijan” Çində nüfuzlu brendə çevrilib

 

Şahin Mustafayev: "Çin şirkətləri artıq pambıqçılığın ipəkçiliyin maddi-texniki bazasının inkişafında Azərbaycanla uğurlu əməkdaşlıq edir

 

Şanxayda 170 ölkədən 3 mindən çox şirkətin təmsil olunduğu Birinci Çin Beynəlxalq İdxal Sərgisi açılıb.

Qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 30-dan çox Azərbaycan şirkətinin 180 çeşiddən artıq məhsulları qida kənd təsərrüfatı məhsulları, həmçinin xidmətlər pavilyonlarında təqdim edilir.

Səfərin ilk günü iqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti açılış mərasimində iştirak edib.

Sərginin açılış mərasimində Çin Xalq Respublikasının sədri Si Cinpin çıxış edib. Bildirilib ki, bu, Çində idxal məhsullarının ilk sərgisidir. 100-dən çox yeni məhsul texnologiyalar ilk dəfə olaraq məhz bu sərgidə nümayiş olunur.

İqtisadiyyat Nazirliyinin dəstəyi Azərbaycanda İxracın İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə ölkəmizin üzüm meyvə şərabları, digər spirtli içkilər, çay, meyvə şirələri, mürəbbələr digər konserv məhsulları, qənnadı məmulatları, fındıq, quru meyvələr s. qida məhsulları "Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunur.

Azərbaycan pavilyonlarında sərgi ziyarətçilərinə məhsullarımız xidmətlər barədə məlumat verilir, müxtəlif maarifləndirici materiallar təqdim edilir. Həmçinin, sərginin müxtəlif yerlərində "Made in Azerbaijan” reklam lövhələri quraşdırılıb. Noyabrın 10-dək davam edəcək sərgi çərçivəsində Çinin kənd təsərrüfatı yeyinti sənayesi məhsullarının satışı ilə məşğul olan distribüterları ilə Azərbaycan şirkətlərinin görüşləri təşkil olunacaq.

Sərgi çərçivəsində bir sıra forumlar da keçirilir. Azərbaycan nümayəndə heyəti noyabrın 6-da Çin Xalq Respublikasının Bazar Tənzimlənməsi Administrasiyasının, Xarici ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının Şanxay Bələdiyyəsinin birgə təşkil etdiyi "Kəmər yol ekoloji kənd təsərrüfatı ərzaq təhlükəsizliyiForumunda iştirak edib.

Forumda çıxış edən nazir Şahin Mustafayev Azərbaycan-Çin münasibətlərinin qarşılıqlı hörmət dostluq prinsiplərinə əsaslandığını vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Çin dövlət başçılarının siyasi iradəsi aparılan intensiv dialoq ölkələrimiz arasında iqtisadi, humanitar digər sahələrdə əlaqələrin inkişafı üçün əlverişli zəmin yaradır. Azərbaycan Çinin "Kəmər yolstrategiyasını dəstəkləyən ilk ölkələrdən olmaqla yanaşı, bu təşəbbüsün reallaşdırılmasında yaxından iştirak edir. Çinin "Kəmər yoltəşəbbüsü çərçivəsində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin potensialından istifadə olunması iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit sahəsində əməkdaşlıq üçün geniş imkanlar açır. Nəqliyyat-tranzit sahəsi ilə yanaşı, Azərbaycan Çinlə kənd təsərrüfatı qida təhlükəsizliyi sahəsində əməkdaşlıqda maraqlıdır. Çin şirkətləri artıq pambıqçılığın ipəkçiliyin maddi-texniki bazasının inkişafında Azərbaycanla uğurlu əməkdaşlıq edir.

Ekoloji təmiz kənd təsərrüfatı ərzaq təhlükəsizliyi ilə bağlı Azərbaycanda həyata keçirilən tədbirlər barədə məlumat verən Şahin Mustafayev ölkəmizdə kənd təsərrüfatının inkişafına böyük önəm verildiyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycanda kənd təsərrüfatı istehsalçıları vergidən azaddırlar, onların güzəştli maliyyə resurslarına çıxışı üçün geniş imkanlar yaradılıb, texnika lazımi infrastrukturla təmin edilib, suvarma sisteminin modernləşdirilməsi, investisiya ixracın təşviqi proqramları ilə dəstək göstərilir. Bununla yanaşı, kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyalar verilir.

Həyata keçirilən tədbirlər nəticəsində son 15 ildə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı 1,7 dəfə, bu ilin 9 ayı ərzində isə 4,3 faiz artıb. Azərbaycanın qeyri-neft ixracında kənd təsərrüfatı məhsullarının payı 47 faizdən çoxdur. İxracın stimullaşdırılması tədbirləri nəticəsində kənd təsərrüfatı məhsullarının ixracı bu ilin ötən dövründə 13 faiz artıb.

İqtisadiyyat naziri vurğulayıb ki, Azərbaycanda aparılan sistemli islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankı tərəfindən yayılan "Doing Business 2019” hesabatında Azərbaycan dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edilib ən çox islahat aparan ölkə elan olunub.

Şahin Mustafayev qeyd edib ki, son illər həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində ərzaq təhlükəsizliyi sisteminin optimallaşdırılması sahəsində ciddi işlər görülüb, bu sahədə qabaqcıl ölkələrin təcrübəsinin tətbiqinin daha da genişləndirilməsi üçün ikitərəfli çoxtərəfli formatda işlər aparılır.

Çin Dəmir Yolları Korporasiyasının rəhbəri Lu Donqfu ilə görüşdə isə Şahin Mustafayev iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyini, dövlət başçılarının siyasi iradəsinin əməkdaşlığın genişlənməsində önəmini vurğulayıb. Siyasi münasibətlərin yüksək səviyyədə olması iqtisadi əməkdaşlığın, o cümlədən nəqliyyat-tranzit sahəsində əlaqələrin genişləndirilməsinə müsbət töhfəsini verir.

Nazir həmçinin diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfəri zamanı "İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında imzalanmış anlaşma memorandumu nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafında mühüm önəm kəsb edir. İqtisadiyyat naziri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin rəqabət qabiliyyəti üstünlükləri barədə məlumat verərək iki ölkə arasında nəqliyyat sahəsində əlaqələrin koordinasiyası üçün işçi qrupun yaradılmasını təklif edib. Qeyd olunub ki, Bakıda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin təşviqi ilə bağlı Çin, Türkiyə, Qazaxıstan Gürcüstanın iştirakı ilə tədbir keçirilə bilər.

Çin Dəmir Yolları Korporasiyasının rəhbəri Lu Donqfu İpək yolu üzərində yerləşən Azərbaycanın son illər hərtərəfli inkişafını vurğulayaraq nəqliyyat sahəsində əlaqələrin koordinasiyası məqsədilə işçi qrupun yaradılması barədə təklifi razılıqla qarşılayıb.

"Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd” (CNEEC) şirkətinin vitse-prezidenti Cenq Çenqçün ilə keçirilən görüşdə isə nazir Şahin Mustafayev Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət digər sahələrdə 100-dən çox Çin sərmayəli şirkətin fəaliyyət göstərdiyini qeyd edib. Bildirilib ki, CNEEC şirkətinin Azərbaycanda təcrübəsi mövcuddur şirkət müxtəlif layihələrin icrasında iştirak edir.

CNEEC-in vitse-prezidenti Cenq Çenqçün şirkətin ölkəmizdə bir sıra layihələrin reallaşdırılmasında iştirak etdiyini vurğulayaraq, Azərbaycanda avtomobil şinlərinin istehsalı sahəsində əməkdaşlıqda da maraqlı olduğunu diqqətə çatdırıb.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2018.- 8 noyabr. - S.1; 3