Birinci vitse-prezident
Mehriban Əliyevanın
uşaqlara daha bir töhfəsi
Noyabrın 7-də Bakının Xəzər
rayonunun Şüvəlan
qəsəbəsində yerləşən
"Cırtdan” Respublika
Uşaq-Gənclər İstirahət
və Sağlamlıq
Mərkəzinin yenidənqurmadan
sonra açılışı
olub.
AZƏRTAC xəbər
verir ki, Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva açılışda
iştirak ediblər.
Mərkəzin binası 1986-cı ildə
inşa edilib və uşaq düşərgəsi olub. Birinci vitse-prezident
Mehriban Əliyevanın
tapşırığı ilə burada yenidənqurma işləri
aparılıb. Bundan sonra
bu məkan "Cırtdan” Respublika Uşaq-Gənclər İstirahət
və Sağlamlıq
Mərkəzi kimi fəaliyyət göstərəcək.
Birinci vitse-prezident Mehriban Əliyeva istirahət və sağlamlıq mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.
Mərkəzdə yaradılan şəraitlə
tanışlıq zamanı
Birinci vitse-prezident Mehriban Əliyevaya burada aparılmış yenidənqurma, təmir-bərpa
və abadlıq işləri barədə
ətraflı məlumat
verildi.
Qeyd edildi ki, uşaq
və yeniyetmələr
üçün maraqlı
dizaynla qurulan düşərgənin binasında
yenidənqurma işləri
nəticəsində uşaqların
daha rahat qalmaları, onların maraqlı, faydalı və əyləncəli vaxt keçirmələri
üçün hər
cür şərait yaradılıb. Bu məkan
uşaqların sosiallaşması,
asudə vaxtlarının
təşkili, düşüncə
tərzinin, məntiqinin
inkişaf etdirilməsi
üçün mühüm
funksiya daşıyacaq.
Mərkəzin həyətində
əsaslı abadlaşdırma
işləri aparılıb,
yaşayış kompleksi
və yeməkxana tamamilə yenilənib, yeni akvapark, parkur, yoqa və
idman meydançaları,
qaçış zolağı,
kitabxana, akt zalı, yay səhnəsi, əyləncə
zonası və s. inşa edilib. Təhlükəsizlik məqsədilə videomüşahidə sistemi
qurulub. Uşaqlar üçün daha bir yenilik
isə burada "Radio
Cırtdan”ın fəaliyyət
göstərməsi olacaq.
Sovet dövründə düşərgə kimi fəaliyyət göstərən bu məkanda çoxlu sayda uşaq və yeniyetmə hər yay öz istirahətini maraqlı keçirirdi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da düşərgə fəaliyyətini davam etdirib. Hər il 1500 nəfərə yaxın uşaq və gənc bu mərkəzdə istirahət edir. Mərkəzdə aztəminatlı ailələrə və sağlamlıq imkanları məhdud olan yeniyetmələrə xüsusi diqqət göstərilir. Düşərgənin dəniz yaxınlığında yerləşməsi isə uşaqların yay aylarında istirahətini çimərlikdə keçirməsinə də imkan yaradır.
Azərbaycan.- 2018.-8 noyabr.- S.2.