Beynəlxalq sərgidə ölkəmizə qarşı növbəti təxribatın qarşısı alınıb

 

LondondaDünya səyahət bazarı” sərgisində yer alan Ermənistan stendində işğal altında olan Dağlıq Qarabağa aid bölmənin ayrılması və sərgi iştirakçılarına təbliğat vasitələrinin paylanması cəhdlərinin qarşısı alınıb.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmidin təşkilatçılar qarşısında qaldırdığı qəti tələb və rəsmi etiraz nəticəsində stend və Qarabağın turistik bölgələrini nümayiş etdirən çap materialları yığışdırılıb.

Qeyd edək ki, sərgidən öncə də Azərbaycan tərəfindən təşkilatçılara bu barədə məlumat verilib. Bundan sonra da digər bütün beynəlxalq tədbir və sərgilərdə Ermənistanın Dağlıq Qarabağı ayrıca subyekti kimi təqdim etməyə yönəlmiş təxribat mahiyyətli bütün cəhdlərinin qarşısı alınacaq.

 

Azərbaycan.- 2018.- 8 noyabr.- S.6.