Azərbaycan Londonda keçirilən beynəlxalq
turizm sərgisində
iştirak edir
Londonun "Excel
London” arenasında "World travel
market-2018” beynəlxalq turizm
sərgisi açılıb. Beynəlxalq sərgidə
Azərbaycan da iştirak edir. Sərgi çərçivəsində
Azərbaycan Turizm Bürosu ölkənin yeni turizm brendi
olan "Take another look” ("Yenidən fərqli baxışla bax”) marketinq kompaniyasının
təqdimatını keçirib.
Müxtəlif ölkələrin
dövlət nümayəndələri,
dünyanın aparıcı
turizm şirkətləri
və mütəxəssislərinin,
eləcə də
media nümayəndələrinin iştirak etdiyi təqdimatda Azərbaycan Turizm Bürosunun icraçı direktoru Florian Zenqstşmid çıxış edərək
yeni turizm brendi haqqında ətraflı məlumat verib. Bildirib ki, beynəlxalq
bazara daha çox turizm təklifləri çıxarmaq,
dünyanın məşhur
destinasiya brendi olmaq, əsrarəngiz maddi və mənəvi
irsimizi dünya ilə bölüşmək
əsas məqsədlər
sırasındadır.
Büronun brend və marketinq üzrə direktoru Fidan Əliyeva isə Azərbaycanın mədəniyyətindən və
tarixindən danışıb:
"Ölkəmiz bir
çox imkanlara malikdir. Mədəniyyətimiz, insanlarımız, qədim tarixi keçmişimiz, təbii
gözəlliklərimiz turistləri
hər zaman özünə cəlb edir. Bizim yeni brendi yaratmaqda məqsədimiz Azərbaycanın daha bir gözəlliyini üzə çıxarmaqdır”.
Təqdimatdan sonra Azərbaycanın turizm brendi və
potensialı haqqında
beynəlxalq media üçün
mətbuat konfransı
keçirilib. Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov
media və turizm şirkətlərinin nümayəndələrinə
Şəki, Şamaxı
və digər turizm şəhərləri,
eləcə də ölkəmizdə keçirilən
beynəlxalq yarışlar
haqqında məlumat verərək bildirib ki, qarşıdakı illərdə Azərbaycan
Turizm Bürosunun Almaniya, Rusiya, Birləşmiş Ərəb
Əmirlikləri, Səudiyyə
Ərəbistanı, Hindistan,
Çin, Böyük
Britaniya, Koreya Respublikası və Fransada nümayəndəliklərini
açmağı planlaşdırırıq.
Sonra Azərbaycan Turizm Bürosunun nümayəndələri
ölkəmizin turizm potensialı, marketinq strategiyası və yeni turizm siyasəti
barəsində sualları
cavablandırıblar.
Yeni kompaniyanın məqsədi
xarici turistləri Azərbaycana dəvət etmək, bütün səyahətçilərə ölkəmizin özünəməxsusluğunu
göstərmək və
onlara unudulmaz xoş təəssüratlar
bəxş etməkdir. Azərbaycanın yeni turizm imicinin,
ölkəmizin turistlər
üçün cəlbedici
məkanlardan biri olması faktının dünya ictimaiyyətinə
çatdırılması üçün qeyd olunun təqdimat xüsusi önəm kəsb edir.
Turizmi ölkənin ikinci ən böyük inkişaf istiqamətinə
çevirmək və
2023-cü ilədək Azərbaycana
gələn turistlərin
sayının iki dəfə artırılmasına
nail olmaq kompaniyanın
strateji hədəfləri
sırasındadır.
Azərbaycan.- 2018.- 8 noyabr.- S.7.