“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq, "Reklam haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2017-ci il 17 noyabr tarixli 867-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

"Bələdiyyələrin maliyyəsinin əsasları haqqındaAzərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 12, maddə 690; 2001, ¹ 12, maddə 736; 2002, ¹ 5, maddə 242; 2004, ¹ 4, maddə 202; 2005, ¹ 2, maddə 62; 2007, ¹ 11, maddə 1082; 2010, ¹ 3, maddə 173; 2011, ¹ 12, maddə 1075; 2015, ¹ 2, maddə 86; 2016, ¹ 11, maddə 1779; 2017, ¹ 5, maddə 708, ¹ 7, maddə 1270; 2018, ¹ 1, maddə 21) 7-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 1.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

"1.5. bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödəniş;”.

2. 1.8-ci bənddə " icarəyəsözləri ", icarəyə istifadəyəsözləri ilə əvəz edilsin.

3. 2-ci hissənin ikinci cümləsində "torpaqlarda, binalarda digər obyektlərdə açıq məkan reklamına görə ödənilən haqqınsözləri "daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödənişinsözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 9 noyabr.- S.2.