“Mədəniyyət haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2018-ci il 1 oktyabr tarixli 1256-VQD nömrəli Qanununun
tətbiqi və “Mədəniyyət haqqında” Azərbaycan
Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, "Mədəniyyət
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1256-VQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının
və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Mədəniyyət
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın
və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin
qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Mədəniyyət haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə
məlumat versin.
3. "Mədəniyyət
haqqında” Azərbaycan
Respublikasının 2012-ci il
21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il
15 fevral tarixli 828 nömrəli Fərmanında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2013, ¹ 2, maddə 122; 2016, ¹ 5, maddə 865, ¹ 11, maddə
1811; 2017, ¹ 6, maddə 1085, ¹ 11, maddə 2005) aşağıdakı
dəyişikliklər edilsin:
3.1. 2.1-ci bənd
aşağıdakı redaksiyada
verilsin:
"2.1. Mədəniyyət
haqqında” Azərbaycan
Respublikası Qanununun
5.2-ci maddəsinin birinci
cümləsində (mədəniyyət
sahəsində dövlət
siyasətinin prioritet istiqamətlərinin müəyyən
edilməsi və onun əsasında dövlət proqramlarının
və strategiyaların
qəbul edilməsi və icrasına nəzarət üzrə),
21.2-ci maddəsində, 25.1-ci maddəsində hər iki halda, 27.1-ci maddəsində ikinci halda, 33.3-cü maddəsinin
ikinci cümləsində,
39.2 ci, 39.3-cü, 39.6-cı və 40.3-cü maddələrində,
40.4-cü maddəsinin birinci
cümləsində hər
iki halda və ikinci cümləsində ikinci və üçüncü
hallarda, 40.5-ci maddəsinin
birinci və ikinci cümlələrində,
45.1-ci maddəsində nəzərdə
tutulmuş "müvafiq
icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;”;
3.2. 2.3-cü bənd
aşağıdakı redaksiyada
verilsin:
"2.3. həmin qanunun 5.2-ci maddəsinin birinci cümləsində (mədəniyyət
sahəsində məqsədyönlü
layihələrin, tədbirlər
planlarının qəbul
edilməsi və onların icrasına nəzarət üzrə),
25.3-cü, 41.2-ci və 41.3-cü maddələrində nəzərdə
tutulmuş "müvafiq
icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini
Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyi
həyata keçirir;”;
3.3. aşağıdakı
məzmunda 2.3-1-ci və
2.3-2-ci bəndlər əlavə
edilsin:
"2.3-1. həmin
qanunun 21.2-ci, 27.1-ci, 39.2 ci,
39.3 cü, 39.6 cı,
40.3-cü maddələrində,
40.4-cü maddəsinin birinci
və ikinci cümlələrində, 40.5-ci maddəsinin birinci və ikinci cümlələrində (Azərbaycan
Milli Elmlər Akademiyasının rəyi
nəzərə alınmaqla),
45.1-ci maddəsində nəzərdə
tutulmuş orqanın
(qurumun) səlahiyyətlərini
Azərbaycan Respublikasının
Mədəniyyət Nazirliyi,
tabeliyindəki dövlət
qoruqlarının ərazisində
Azərbaycan Respublikasının
Dövlət Turizm Agentliyi, "İçərişəhər”
Dövlət Tarix-Memarlıq
və "Qala” Dövlət Tarix Etnoqrafiya qoruqları ərazilərində isə
"İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi həyata keçirir;
2.3-2. həmin qanunun 33.3-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini qoruqların sərhədlərinin və mühafizə zonalarının müəyyən edilməsi hissəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti, mədəni irs abidələrinin mühafizə zonalarının müəyyən edilməsi hissəsində isə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, tabeliyindəki dövlət qoruqlarının ərazisində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, "İçərişəhər” Dövlət Tarix Memarlıq və "Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi həyata keçirirlər;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 noyabr
2018-ci il
Azərbaycan.- 2018.-9 noyabr.-
S.2.