“Made in Azerbaijan” - keyfiyyət yüksəlir, kəmiyyət artır

 

Azərbaycan qeyri-neft məhsullarının fəal ixracatçısına çevrilir

 

Ölkəmizdə uğurla reallaşdırılan iqtisadi islahatların prioritetlərindən biri ixracın genişləndirilməsi, "Made in Azerbaijan” brendi adı altında qeyri-neft məhsullarının istehsalının ixracının təşviqidir.

Artıq demək olar ki, Azərbaycan brendi dünyada şöhrət qazanır ixrac coğrafiyası hər keçən gün daha da genişlənir.

Xarici ölkələrə təşkil edilən ixrac missiyalarının uğurlu fəaliyyəti sayəsində həm tərəfdaşların sayı, həm ixrac edilən məhsulların həcmi, ceşidi çoxalır. Azərbaycanın xaricdəki ticarət evlərinin sayı getdikcə artır.

 

Əlaqələr genişlənir, ixracın coğrafiyası böyüyür

 

Ötən 9 ay müddətində bu istiqamətdə həyata keçrilən proseslər əldə edilən uğurlar da bu fikirləri söyləməyə əsas verir. Beləliklə, bu ilin 9 ayı ərzində -

 

* 170-dən çox ölkə ilə xarici ticarət əlaqələri qurulub;

* 14,3 milyard dollarlıq məhsul ixrac edilib;

* dünyanın 22 ölkəsinə peyk xidmətindən 16,7 milyon dollar gəlir gəlib;

* "Azexport.az” portalına 43 milyon dollarlıq ixrac sifarişləri gəlib;

nsahibkarlara 3,7 milyon manat məbləğində ixrac təşviqi ödənilib;

* 12 ölkəyə 17 ixrac missiyası təşkil olunub;

* Ukrayna, Latviya Çində "Azərbaycan Ticarət Evifəaliyyətə başlayıb;

* Çində iki "Azərbaycan Şərab Eviaçılıb.

 

Aydın şəkildə görünür ki, ixracın təşviqi, qeyri-neft sənayesinin inkişafı "Made in Azerbaijan” brendi ilə dünya bazarına çıxarılan məhsulların ixrac coğrafiyasının genişləndirilməsi istiqamətində atılan addımlar, verilən qərarlar ölkəyə böyük dividendlər qazandırmaqdadır.

Qeyri-neft məhsulları ixracının təşviqi istiqamətində həyata keçirilən tədbirlər sahibkarların öz məhsullarını ixrac etməyə marağını artırıb. İxracın genişləndirilməsi, rəqabətqabiliyyətli məhsulların ənənəvi yeni bazarlara çıxışının artırılması ilə bağlı imzalanmış sənədlər adamlarına geniş imkanlar yaradıb.

 

Qeyri-neft sektoru üzrə ixrac 1 milyard 207 milyon dollardır

 

İqtisadi İslahatların Təhlili Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”nın bu ilin oktyabr sayında da əldə edilən uğurlar bir daha təsdiq olunur.

İcmalın bu sayında 9 ay ərzində 14,3 milyard dollar təşkil edən ixracın təsnifatı əksini tapıb. Bu müddətdə Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac 1 milyard 207 milyon dollar olub. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin 9 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 138 milyon dollar ya 13 faiz artıb.

 

Məhsullarımızı ən çox alan yenə Rusiyadır

 

İqtisadi əlaqələrini daim genişləndirən Azərbaycanın ixrac imkanları getdikcə artır. Xarici iqtisadi əlaqələrin mühüm tərkib hissəsi olan ticarət fəaliyyətini tənzimləyən qanunvericilik daha da təkmilləşdirilir. Bunun səbəbidir ki, ölkəmizlə ticarət tərəfdaşlığı quran dövlətlərin sayı da artır.

Məhsullarımızın ən çox ixrac olunduğu ölkələr arasında Rusiya yenə liderdir. Belə ki, 9 ay ərzində Rusiyaya 402,2 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. İkinci yerdə isə Türkiyədir. Qardaş ölkə bu müddət ərzində Azərbaycandan 275,6 milyon dollarlıq mal alıb. Üçüncü yeri isə bu dəfə 105,2 milyon dollarla İsveçrə tutub. 4-5-ci yerlərdə 97,4 milyonla Gürcüstan, 34,3 milyon dollarla Qazaxıstan qərarlaşır.

2018-ci ilin sentyabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 114 milyon dollar təşkil edib ən çox mal ixrac edilən ölkələrin siyahısına Rusiya (27 milyon) başçılıq edib. Daha sonra siyahıda Türkiyə (25,7 milyon), İsveçrə (13 milyon), Gürcüstan (8,9 milyon) Qazaxıstan (3,8 milyon) qərarlaşıb.

 

Pomidor liderliyini qoruyur - 145 milyon dollarlıq gəlir

 

Bu ilin 9 ayı ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor liderliyini qoruyaraq 145 milyon dollar həcmində olub. Bu siyahıda qızıl (93 milyon) ikinci, xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (68 milyon) üçüncü olub.

Ümumiyyətlə, 2018-ci ilin yanvar- sentyabr ayları ərzində meyvə-tərəvəz ixracı 342,5 milyon, plastmas onlardan hazırlanan məmulatların ixracı 95,7 milyon, alüminium ondan hazırlanan məmulatların ixracı 97,2 milyon, elektrik enerjisinin ixracı 60 milyon, qara metallar onlardan hazırlanan məmulatların ixracı 64,3 milyon, pambıq lifi ixracı 62,7 milyon, kimya sənayesi məhsullarının ixracı 56,9 milyon, pambıq ipliyi ixracı 17 milyon dollar təşkil edib.

 

"Azərkosmosbir ayda 1,4 milyon dollarlıq xidmət ixrac edib

 

"İxrac İcmalıxidmət ixracına da yer ayırıb. Göstərilir ki, ötən müddətdə "Azərkosmostərəfindən dünyanın 22 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri optik peyk xidmətləri) ixrac edilib. 9 ayda "Azərkosmospeyk telekommunikasiya xidmətlərinin ixracından 16,7 milyon dollar məbləğində gəlir əldə edib.

Sentyabr ayında isə "Azərkosmos”un xidmət ixracının dəyəri 1,4 milyon dollar olub. Qurumun 9 ay ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malayziya, BƏƏ, Almaniya, Gürcüstan digərləridir.

 

21 ay ərzində 106 ölkədən 885 milyon dollarlıq sifariş

 

Bu müddət ərzində "Azexport.az” portalına daxil olan ixrac sifarişləri 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 15 faiz artıb. Quruma 43 milyon dollar məbləğində ixrac sifarişləri daxil olub. Ümumilikdə isə 2018-ci ilin ötən 9 ayı ərzində portala daxil olan ixrac sifarişlərinin dəyəri 410 milyon dollar təşkil edib.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2018-ci ilin 30 sentyabr tarixinə kimi (21 ay ərzində) portala dünyanın 106 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 885 milyon dollar olub.

 

İxracın təşviqi - 180 tədbir, 9 anlaşma memorandumu

 

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, rəqabətədavamlı qeyri-neft istehsalının stimullaşdırılması, ixracatçılara yaradılmış əlverişli imkanlar, "Made in Azerbaijan” brendinin xarici ölkələrdə tanıdılması xarici investisiyaların təşviqi istiqamətində görülən işlər göz önündədir. Ötən müddət ərzində 170-dən çox ölkə ilə yaradılan xarici ticarət əlaqələri daha da genişləndirilməkdədir.

Prezident İlham Əliyevin ixracın stimullaşdırılması təşviqi istiqamətində imzaladığı fərman sərəncamlara əsasən bu istiqamətdə genişmiqyaslı işlər görülməkdədir. Belə ki, ixrac investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi ölkə iqtisadiyyatına investisiya qoyuluşunun təbliği məqsədilə 9 ay ərzində Azərbaycanda xarici ölkələrdə 180 tədbir (biznesforumları, ikitərəfli görüşlər s.) təşkil olunub. Bu ilin əvvəlindən 8 ölkənin müxtəlif təşkilatları ilə əməkdaşlığa dair 9 anlaşma memorandumu imzalanıb.

 

İndiyədək sahibkarlara 6,9 milyon manat ixrac təşviqi ödənilib

 

Ötən dövrdə İxracatçılar Klubunun keçirdiyi 17 iclasdan 14-ü Bakıda, 3-ü isə regionlarda təşkil olunub. Ümumilikdə indiyədək sahibkarlara 6,9 mliyon manat, bu ilin yanvar-sentyabr aylarında isə 3,7 milyon manat məbləğində ixrac təşviqi ödənilib.

Qeyri-neft məhsullarının ixracı üçün mövcud yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə tətbiq olunan mexanizmlərdən biri bazar araşdırmalarının aparılmasıdır. İndiyədək ixracla məşğul olan sahibkarlıq subyektlərinin müraciətləri əsasında ümumilikdə 12 bazar araşdırması aparılıb.

 

4 ölkəyə ixrac missiyası təşkil olunub

 

Yerli məhsulların xarici ölkələrdə təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Rusiya, İsveçrə, Çin Qazaxıstana ixrac missiyası həyata keçirilib.

Ümumilikdə isə indiyədək 12 ölkəyə 17 ixrac missiyası təşkil olunub Azərbaycan şirkətləri 6 olkədə keçirilən 14 beynəlxalq sərgidə "Made in Azerbaijan” vahid ölkə stendində öz məhsullarını nümayiş etdiriblər.

Bu ilin 9 ayı ərzində Ukrayna, Latviya Çində "Azərbaycan Ticarət Evifəaliyyətə başlayıb. Ümumilikdə isə, hazırda 4 xarici ölkədə "Azərbaycan Ticarət Evifəaliyyət göstərir. Bu ilin sentyabrında Çində ilk "Azərbaycan Şərab Evi” açılıb.

 

Bu il 3 ölkədə "Ticarət Evi”, 2 ölkədə "Şərab Evi” açılacaq

 

Onu da vurğulayaq ki, yerli məhsulların xarici bazarlarda tanıdılması istiqamətində tədbirlər davam etdirilir. Belə ki, bu ay Çinin Şanxay şəhərində "Şərab Evi”, ilin sonunadək Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Polşa və Qazaxıstanda "Azərbaycan Ticarət Evi”, Rusiyada isə "Şərab Evinin açılması nəzərdə tutulur. Bununla yanaşı, hazırda Azərbaycanın xarici ölkələrdə 4 ticarət nümayəndəliyi fəaliyyət göstərir: Rusiya, Çin, Şərqi Avropa və BƏƏ.

Ölkəmizin ixracinvestisiya imkanlarının təşviqi, Azərbaycan məhsullarının xarici bazarlarda tanıldıması tədbirlərinin davamı olaraq ilin sonunadək Çin, Bolqarıstan, BƏƏ və Səudiyyə Ərəbistanına ixrac missiyaları təşkil ediləcək.

 

Yeni mərhələnin əsas hədəfləri

 

Bu gün qarşıda duran əsas vəzifə ixracın həm çeşidi, həm də coğrafiyası baxımından şaxələndirilməsidir. Bu məqsədlə ixracın təşviqi, "Made in Azerbaijanbrendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınması istiqamətində işlər davam etdirilir.

İqtisadiyyatın şaxələndirilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, özünütəminat səviyyəsinin yüksəldilməsi, məşğulluğun təmin olunması, qeyri-neft məhsullarının ixracının artırılması, idxaldan asılılığın azaldılması və digər strateji vəzifələrin həllində özəl sektor həlledici rola malikdir.

Yeni mərhələnin əsas hədəfi milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.- 2018.- 11 noyabr. - S.1.