“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1254-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqındaAzərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1254-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1.Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqındaAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2.Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3.mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının normativ xarakterli aktların "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqındaAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3."Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (II kitab), maddə 259, ¹ 3, maddə 460, ¹ 4, maddə 670, ¹ 6, maddələr 1025, 1063, ¹ 7, maddə 1272, ¹ 9, maddə 1468, ¹ 10, maddələr 1614, 1638; 2017, ¹ 2, maddələr 176, 202, ¹ 3, maddə 351, ¹ 4, maddələr 530, 537, ¹ 6, maddə 1101, ¹ 7, maddələr 1314, 1346, ¹ 8, maddə 1521, ¹ 9, maddə 1637, ¹ 10, maddələr 1788, 1798, ¹ 11, maddələr 2003, 2027, ¹ 12, maddələr 2290, 2320; 2018, ¹ 1, maddə 36, ¹ 2, maddələr 198, 201, ¹ 3, maddələr 418, 428, 443, 445, ¹ 5, maddələr 914, 918, 926, 955, ¹ 6, maddələr 1225, 1234, ¹ 7 (I kitab), maddələr 1465, 1477, 1494, ¹ 8, maddə 1697) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4.1-ci bəndə "192.3,” rəqəmlərindən sonra "231.2,” rəqəmləri əlavə edilsin;

3.2. 4.23-cü bənddə "müvafiq icra hakimiyyəti orqanısözləri "orqan (qurum)” sözləri ilə əvəz edilsin həmin bənddən "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanındasözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 noyabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 11 noyabr.- S.2.