Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 23 fevral tarixli 1256 nömrəli fərmanı ilə təsdiq
edilmiş “İnzibati
xətalar haqqında işlərə baxmağa
səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası
Prezidentinin 2017-ci il 23
fevral tarixli 1256 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2017, ¹ 2, maddə 200, ¹ 6, maddə
1105, ¹ 9, maddə 1638, ¹ 11, maddə
1984; 2018, ¹ 2, maddə 199, ¹ 3, maddələr 415, 419, 429, ¹ 5, maddələr
915, 927, ¹ 7 (I kitab), maddə
1481, ¹ 8, maddə 1698) ilə
təsdiq edilmiş
"İnzibati xətalar
haqqında işlərə
baxmağa səlahiyyəti
olan vəzifəli şəxslərin Siyahısı”nın
7.1-ci və 7.2-ci bəndləri
aşağıdakı redaksiyada
verilsin:
"7.1. Məcəllənin
231.1, 469.3 (avtonəqliyyat vasitəsi
sahiblərinin mülki
məsuliyyətinin icbari
sığortası üzrə
sərhəd sığorta
müqaviləsinə və
Azərbaycan Yaşıl
Kartı növünə
münasibətdə), 479 (Komitənin
fəaliyyət istiqamətlərinə
uyğun olaraq),
480-505, 507, 509 və 546-cı maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə - Komitənin
sədri, onun müavinləri, Komitənin
Aparatının Əməliyyat-İstintaq
Baş İdarəsinin
rəisi, onun müavinləri, Naxçıvan
Muxtar Respublikası Dövlət Gömrük
Komitəsinin sədri,
onun müavini, ərazi və ixtisaslaşdırılmış baş gömrük idarələrinin, gömrük
idarələrinin və
gömrük postlarının
rəisləri və onların müavinləri;
7.2. Məcəllənin
469.3 (avtonəqliyyat vasitəsi
sahiblərinin mülki
məsuliyyətinin icbari
sığortası üzrə
sərhəd sığorta
müqaviləsinə və
Azərbaycan Yaşıl
Kartı növünə
münasibətdə), 484, 487.1.1, 487.1.2,
487.2, 487.3, 488, 490, 493, 499.1.1, 499.1.2 və
500-cü maddələrində nəzərdə tutulmuş
inzibati xətalar haqqında işlərə
- Komitənin Aparatının
Əməliyyat-İstintaq Baş
İdarəsinin şöbə
(bölmə) rəisləri,
ərazi və ixtisaslaşdırılmış baş gömrük idarələrinin idarə,
şöbə və
bölmə rəisləri,
onların müavinləri,
gömrük postlarının
rəisləri, baş
inspektorlar, böyük
inspektorlar, müstəntiqlər
və təhqiqatçılar.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
7 noyabr 2018-ci il
Azərbaycan.- 2018.- 11 noyabr.-
S.2.