AOK-un 47-ci Baş Assambleyasında Bakının XV Avropa Olimpiya Gənclər Festivalına hazırlığı
barədə məlumat
verilib
Noyabrın 10-da İspaniyanın Marbella şəhərində
Avropa Olimpiya Komitələrinin (AOK) 47-ci Baş
Assambleyası işə
başlayıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
tədbirdə çıxış
edən Azərbaycanın
gənclər və idman naziri Azad Rəhimov gələn il iyulun
20-28-də Bakıda keçiriləcək
Yeniyetmələrin Avropa
Olimpiya Festivalına hazırlığına dair
təqdimatla çıxış
edib. Nazir bildirib ki, yarışlarda iştirak
edəcək 3600 idmançının
yerləşməsi üçün
Atletlər kəndində
altı bina nəzərdə tutulub.
Atletlərin idmanın
10 növü - atletika,
basketbol, velosiped, gimnastika, həndbol, cüdo, güləş, üzgüçülük, tennis və voleybol üzrə mübarizə
aparacaqlarını qeyd
edən nazir yarışların 12 arenada
keçiriləcəyini diqqətə
çatdırıb. Azad Rəhimov festivala Avropanın 50 ölkəsinin
qatılacağını bildirərək,
48 ölkənin nümayəndə
heyətlərinin rəhbərlərinin
iştiraklarını təsdiqlədiklərini
vurğulayıb.
İdman yarışlarının təşkilində
mühüm rol oynayan könüllülər
haqqında da məlumat verən nazir bu festivala
hazırlıq işinə
2500 nəfərin cəlb
olunacağını bildirib.
Təqdimat mərasimindən sonra iştirakçıların sualları
cavablandırılıb.
AOK-un 47-ci Baş
Assambleyasına noyabrın
11-də yekun vurulacaq.
Qeyd edək ki, "Bakı-2019”un açılış mərasimi
gələn il iyulun 21-də "Baku Crystal Hall”da
keçiriləcək.
Azərbaycan.- 2018.- 11 noyabr.- S.2.