Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin
fəaliyyətinin təmin edilməsi üçün
3,5 milyon manat
ayrılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi barədə Sərəncam imzalayıb.
AZƏRTAC xəbər
verir ki, Sərəncama
əsasən, Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət
əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün
nəzərdə tutulan xərclərdən
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinə Dayanıqlı və Operativ Sosial Təminat
Agentliyinin fəaliyyətinin təmin edilməsi
üçün 3,5 milyon
manat vəsait ayrılıb.
Azərbaycan.-
2018.- 13 noyabr.- S.2.