A.S.Məmmədovun Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç
Krallığında və Finlandiya
Respublikasında fövqəladə və səlahiyyətli səfiri
vəzifəsindən geri
çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
12 noyabr 2018-ci il
Azərbaycan.- 2018.- 13 noyabr.-
S.2.