“Bələdiyyələrin statusu
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
7-ci və 15-ci bəndlərini
rəhbər tutaraq,
"Reklam haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2017-ci il 17 noyabr tarixli 867-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
"Bələdiyyələrin
statusu haqqında” Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 7, maddə
405; 2001, ¹ 11, maddələr 689, 690, ¹ 12, maddə 736; 2002, ¹ 5, maddə
242; 2003, ¹ 1, maddələr 11, 16, ¹ 6, maddə 256; 2004, ¹ 1, maddə
10, ¹ 4, maddə 202, ¹ 5, maddə
314, ¹ 6, maddə 397; 2005, ¹ 2, maddə 62; 2006, ¹ 2, maddə
67, ¹ 11, maddə 923, ¹ 12, maddə
1005; 2007, ¹ 11, maddələr 1053, 1082;
2008, ¹ 5, maddə 354; 2009, ¹ 6, maddə 410; 2010, ¹ 3, maddə
173, ¹ 4, maddələr 275, 276; 2011, ¹ 2, maddə 71, ¹ 12, maddə
1074; 2012, ¹ 6, maddə 523; 2014, ¹ 8, maddə 956, ¹ 11, maddə
1376; 2015, ¹ 2, maddələr 77, 88, ¹ 5, maddə 485; 2017, ¹ 1, maddə
3, ¹ 5, maddə 707; 2018, ¹ 1, maddə 28) 40-cı maddəsinin
1-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
1. "bələdiyyə
əmlakının icarəyə”
sözləri "icarəyə
və istifadəyə”
sözləri ilə əvəz edilsin;
2. "torpaqlarda,
binalarda və digər obyektlərdə yerləşdirilən açıq
məkanda reklama görə daxil olan ödənişlər”
sözləri "daşınmaz
əmlak üzərində
reklam daşıyıcısının
yerləşdirilməsi ilə
bağlı ödəniş”
sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 13 noyabr.- S.3.