“Əlilliyi olan
şəxslərin hüquqları haqqında” Azərbaycan
Respublikası Qanununun icrası ilə
bağlı tədbirlər və “Əlilliyi olan
şəxslərin hüquqları haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli
213 nömrəli Fərmanında
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Əlilliyi olan şəxslərin hüquqları
haqqında” Azərbaycan
Respublikası Qanununun
icrasını təmin
etmək məqsədi
ilə qərara alıram:
1. Müəyyən
edilsin ki:
1.1. "Əlilliyi
olan şəxslərin
hüquqları haqqında”
Azərbaycan Respublikası
Qanununun 3.5-ci maddəsində
(ikinci halda) nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini mərkəzi
və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;
1.2. həmin qanunun 17-ci maddəsində
(ikinci halda) nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini infrastruktur
obyektlərinin və yaşayış binalarının
layihələndirilməsi və
tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının
nəzərə alınmasına
münasibətdə Azərbaycan
Respublikasının Fövqəladə
Hallar Nazirliyi, istismarda olan infrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi
olan şəxslərin
istifadəsi üçün
ağlabatan uyğunlaşdırılmasına
münasibətdə yerli
icra hakimiyyəti orqanları həyata keçirirlər;
1.3. həmin
qanunun 30.3-cü maddəsində
nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini Azərbaycan
Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.
2. "Əlilliyi
olan şəxslərin
hüquqları haqqında”
Azərbaycan Respublikasının
2018-ci il 31 may tarixli 1153-VQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 7 (I kitab),
maddə 1499) aşağıdakı
dəyişikliklər edilsin:
2.1. 2.4-cü bəndə
"23.1-ci,” sözlərindən sonra "30.3-cü,” sözləri
əlavə edilsin;
2.2. 2.7-ci bəndə
"qanunun” sözündən
sonra "3.5-ci maddəsində
(ikinci halda),” sözləri əlavə
edilsin;
2.3. aşağıdakı
məzmunda 2.8-1-ci bənd
əlavə edilsin:
"2.8-1. həmin
qanunun 17-ci maddəsində
(ikinci halda) nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının
səlahiyyətlərini infrastruktur
obyektlərinin və yaşayış binalarının
layihələndirilməsi və
tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının
nəzərə alınmasına
münasibətdə Azərbaycan
Respublikasının Fövqəladə
Hallar Nazirliyi, istismarda olan infrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi
olan şəxslərin
istifadəsi üçün
ağlabatan uyğunlaşdırılmasına
münasibətdə yerli
icra hakimiyyəti orqanları həyata keçirirlər;”.
3. Azərbaycan Respublikasının Nazirlər
Kabineti:
3.1. üç
ay müddətində:
3.1.1. Azərbaycan
Respublikası Prezidentinin
aktlarının bu fərmana uyğunlaşdırılması
ilə bağlı təkliflərini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
3.1.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
3.1.3. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq, infrastruktur obyektlərinin və yaşayış binalarının layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınmasına, istismarda olan infrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasına nəzarət qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
3.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 noyabr
2018-ci il
Azərbaycan.-
2018.- 13 noyabr.- S.3.