“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
10-cu bəndini rəhbər
tutaraq qərara alır:
"Sahibkarlıq
sahəsində aparılan
yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2013, ¹ 8, maddə 890; 2016, ¹ 3, maddə 428, ¹ 11, maddə
1768, ¹ 12, maddə 2016; 2017, ¹ 5, maddə 739) 27.1-ci və
27.4.1-ci maddələrində "müvafiq icra hakimiyyəti orqanı” sözləri "müvafiq
icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 14 noyabr.- S.2.