“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
10-cu bəndini rəhbər
tutaraq, "Sahibkarlıq
fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
"Sahibkarlıq
sahəsində aparılan
yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında” Azərbaycan
Respublikası Qanununun
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2013, ¹ 8, maddə 890, 2016, ¹ 3, maddə 428, ¹ 11, maddə
1768, ¹ 12, maddə 2016; 2017, ¹ 5, maddə 739) 18.1-ci maddəsində
aşağıdakı dəyişikliklər
edilsin:
1. Birinci, ikinci və üçüncü cümlələrdə
"orta və kiçik” sözləri
"orta, kiçik və mikro” sözləri ilə əvəz edilsin.
2. Üçüncü
cümlədə "müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilir” sözləri "Sahibkarlıq
fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq müəyyən edilir” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
12 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 14 noyabr.-
S.2.