Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, "Sahibkarlıq fəaliyyəti haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

"Kiçik sahibkarlığa dövlət köməyi haqqındaAzərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 8, maddə 469; 2001, ¹ 12, maddə 736; 2002, ¹ 12, maddə 709; 2003, ¹ 12, (I kitab), maddə 672; 2007, ¹ 10, maddə 938; 2015, ¹ 11, maddə 1264) 3-cü maddəsinin mətni aşağıdakı redaksiyada verilsin:

"Bu qanunun məqsədləri üçün kiçik sahibkarlıq subyektləri dedikdə "Sahibkarlıq fəaliyyəti haqqındaAzərbaycan Respublikasının Qanununa uyğun olaraq təsdiq edilən meyarlar əsasında müəyyən olunmuş kiçik mikro sahibkarlıq subyektləri başa düşülür.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 oktyabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 14 noyabr.- S.2.