Azərbaycan Milli Elmlər
Akademiyası Geologiya və Geofizika İnstitutunun əməkdaşlarının
“Azərbaycan Respublikası Prezidentinin fəxri
diplomu” ilə təltif edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:
Kəngərli Tələt Nəsrulla oğlu
Muxtarov Abdulvahab Şərif oğlu.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
13 noyabr 2018-ci il
Azərbaycan.- 2018.- 14 noyabr.- S.3.