“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1269-VQD nömrəli Qanununun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu 32-ci bəndlərini rəhbər tutaraq, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi sahibkarların maraqlarının müdafiəsi haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1269-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikası Prezidentinin aktlarının "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi sahibkarların maraqlarının müdafiəsi haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının normativ xarakterli aktların "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi sahibkarların maraqlarının müdafiəsi haqqındaAzərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi sahibkarların maraqlarının müdafiəsi haqqındaAzərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədəAzərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 8, maddə 898; 2014, ¹ 5, maddə 477; 2016, ¹ 3, maddə 461, ¹ 8, maddə 1384) 4.2-ci bəndindən "maddələrində, 18.1-ci maddəsinin üçüncü cümləsindəsözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 noyabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 14 noyabr.- S.2.