Azərbaycan-Slovakiya mühasibətləri möhkəmlənir
Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini ilə təkbətək görüşü olub.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Baş nazir Peter Pelleqrinini qarşıladı.
Azərbaycan Prezidenti və Slovakiyanın Baş naziri birgə foto çəkdirdilər.
Dövlətimizin başçısı Peter Pelleqrinini Slovakiyanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi. Prezident İlham Əliyev Peter Pelleqrininin Baş nazir kimi ilk dəfə Azərbaycana səfər etməsindən və bu yüksək vəzifəyə təyin olunduğu az vaxtdan sonra ölkəmizə gəlişindən məmnunluğunu bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, Peter Pelleqrininin Azərbaycana səfəri ikitərəfli münasibətlərimizin inkişafı üçün əlverişli imkan yaradır. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan-Slovakiya münasibətləri ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığının inkişafı baxımından da önəmlidir. Dövlətimizin başçısı bu ilin iyulunda Azərbaycan ilə Avropa İttifaqı arasında Brüsseldə paraflanmış "Tərəfdaşlıq prioritetləri” sənədini Avropa İttifaqı tərəfindən Azərbaycanla əlaqələrə verilən önəmin göstəricisi kimi dəyərləndirdi.
Slovakiya
Respublikasının Baş naziri Peter Pelleqrini
xoş sözlərə və göstərilən
yüksək qonaqpərvərliyə görə minnətdarlıq
etdi. O, Baş
nazir kimi Azərbaycana
birinci dəfə səfər etməsindən
məmnunluğunu bildirərək bundan əvvəl
parlament spikeri vəzifəsində
çalışarkən Avropa Oyunları
zamanı ölkəmizə gəldiyini vurğuladı. O, bu mötəbər beynəlxalq tədbirin böyük uğurla təşkil
olunduğunu dedi.
Qonaq
ölkələrimiz arasında ikitərəfli münasibətlərə
toxunaraq bu səfəri
zamanı Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunun önəmini
qeyd etdi və bunun iqtisadi sahədə əməkdaşlığımızın
genişlənməsi işinə öz
töhfəsini verəcəyini vurğuladı.
Azərbaycan.-
2018.- 14 noyabr.- S.1.