Slovakiyanın Baş naziri ümummilli lider Heydər Əliyevin məzarını və
Şəhidlər xiyabanını ziyarət edib
Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrininin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 13-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.
AZƏRTAC xəbər verir ki, sonra Şəhidlər xiyabanına gedən qonaqlar ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər. Baş nazir Peter Pelleqrini "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının
ən hündür nöqtəsindən
Azərbaycan paytaxtının mənzərəsini seyr edən nümayəndə heyətinin
üzvlərinə Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan
abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Azərbaycan.-
2018.- 14 noyabr.- S.4.