Fələstin Dövlətinin
Prezidenti Zati-aliləri
cənab Mahmud Abbasa
Hörmətli cənab
Prezident,
Fələstin Dövlətinin milli bayramı münasibətilə
Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi
yetirirəm.
İnanıram ki, Azərbaycan ilə Fələstin arasındakı münasibətlər
xalqlarımızın iradəsinə
uyğun olaraq daha da genişlənəcək
və inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
qardaş Fələstin
xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 12 noyabr
2018-ci il
Azərbaycan.-
2018.- 15 noyabr.- S.3.