“Rəsmi statistika haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasınin
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
24-cü bəndini rəhbər
tutaraq, "Sahibkarlıq
fəaliyyəti haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
"Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, ¹ 11, maddə
115; Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 7, maddə 486; 2002, ¹ 12, maddə 706; 2003, ¹ 1, maddə
4; 2004, ¹ 2, maddə 57, ¹ 4, maddə
202, ¹ 7, maddə 507; 2006, ¹ 2, maddə 63, ¹ 12, maddə
1005; 2007, ¹ 5, maddə 437; 2008, ¹ 2, maddə 49; 2009, ¹ 12, maddə
957; 2011, ¹ 12, maddə 1101; 2017, ¹ 12 (I kitab), maddə 2199, 2018, ¹
1, maddə 5) aşağıdakı
dəyişikliklər edilsin:
1. 3-cü maddənin
üçüncü abzasından
sonra aşağıdakı
məzmunda dördüncü
abzas əlavə edilsin:
"Sahibkarlıq
fəaliyyəti ilə
bağlı statistik məlumatlar emal edilərkən sahibkarlıq
subyektlərinin "Sahibkarlıq
fəaliyyəti haqqında”
Azərbaycan Respublikası
Qanununa uyğun olaraq müəyyən edilmiş bölgüsü
nəzərə alınır.”.
2. 12-ci maddənin
dördüncü abzasına
"statistika göstəriciləri”
sözlərindən sonra
"barədə məlumatlar,
həmçinin "Sahibkarlıq
fəaliyyəti haqqında”
Azərbaycan Respublikası
Qanununa uyğun olaraq müəyyən edilən bölgüsü”
sözləri əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
12 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 15 noyabr.-
S.3.