“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:

"Bələdiyyələrin statusu haqqındaAzərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 7, maddə 405; 2001, ¹ 11, maddələr 689, 690, ¹ 12, maddə 736; 2002, ¹ 5, maddə 242; 2003, ¹ 1, maddələr 11, 16, ¹ 6, maddə 256; 2004, ¹ 1, maddə 10, ¹ 4, maddə 202, ¹ 5, maddə 314, ¹ 6, maddə 397; 2005, ¹ 2, maddə 62; 2006, ¹ 2, maddə 67, ¹ 11, maddə 923, ¹ 12, maddə 1005; 2007, ¹ 11, maddələr 1053, 1082; 2008, ¹ 5, maddə 354; 2009, ¹ 6, maddə 410; 2010, ¹ 3, maddə 173, ¹ 4, maddələr 275, 276; 2011, ¹ 2, maddə 71, ¹ 12, maddə 1074; 2012, ¹ 6, maddə 523; 2014, ¹ 8, maddə 956, ¹ 11, maddə 1376; 2015, ¹ 2, maddələr 77, 88, ¹ 5, maddə 485; 2017, ¹ 1, maddə 3, ¹ 5, maddə 707; 2018, ¹ 1, maddə 28) 4-cü maddəsinin 2-ci hissəsinin dördüncü abzasına aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Həmin qaydaların tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 15 noyabr.- S.3.