“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqındaAzərbaycan Respublikasının Konstitusiya Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 3, maddə 115; 2004, ¹ 9, maddə 665; 2006, ¹ 3, maddə 207, ¹ 11, maddə 909; 2007, ¹ 10, maddə 928; 2009, ¹ 10, maddə 761, ¹ 12, maddə 944; 2011, ¹ 6, maddə 459, ¹ 8, maddə 749; 2014, ¹ 7, maddə 757; 2016, ¹ 4, maddə 655) 16.7-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

"16.7. Müvəkkilin, sabiq müvəkkilin onun ailə üzvlərinin pensiya təminatı "Əmək pensiyaları haqqındaAzərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 oktyabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 15 noyabr.- S.3.