Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci
bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (I kitab), maddə
202, ¹ 3, maddələr 397, 403, 429, ¹ 4, maddələr 631, 647,
654, ¹ 5, maddələr 835, 846, ¹ 6, maddələr 997, 1010, ¹ 7,
maddələr 1247, 1249, ¹ 10, maddə 1608, ¹ 11, maddələr
1769, 1774, 1781, 1783, 1786, 1788, ¹ 12, maddələr 1984, 2000, 2009,
2024, 2049; 2017, ¹ 1, maddə 21, ¹ 2, maddələr 139, 147, 152,
162, ¹ 3, maddələr 331, 344, ¹ 5, maddələr 698, 701, 734,
749, 754, ¹ 6, maddələr 1020, 1033, 1036, ¹ 7, maddələr
1273, 1296, 1297, 1299, ¹ 11, maddələr 1964, 1966, 1969, 1979, ¹ 12
(I kitab), maddələr 2214, 2217, 2220, 2233, 2237, 2240, 2253, 2256,
2266; 2018, ¹ 1, maddə 19, ¹ 2, maddələr 160, 162, 163, ¹ 3,
maddələr 383, 401, 404, ¹ 4, maddə 646, ¹ 5, maddələr
857, 860, 862, 876, 883, ¹ 6, maddələr 1153, 1188, ¹ 7 (I kitab),
maddələr 1435, 1437, 1438) aşağıdakı məzmunda
516-1-ci maddə əlavə edilsin:
"Maddə 516-1. Qəbiristanlıqların
idarə olunması qaydaları haqqında qanunvericiliyin
pozulması
516-1.1. Dəfn barədə məlumatın
dəfnlərin vahid reyestrində yerləşdirilməməsinə
və ya vaxtında yerləşdirilməməsinə görə
-
vəzifəli şəxslər
yüz manatdan üç yüz manatadək məbləğdə
cərimə edilir.
516-1.2. Qəbiristanlıqların
qorunması tələblərinin, habelə dəfnlərin təşkili
zamanı sanitariya-gigiyena normalarının pozulmasına
görə -
fiziki şəxslər iyirmi
manatdan əlli manatadək məbləğdə, vəzifəli
şəxslər beş yüz manatdan min manatadək məbləğdə
cərimə edilir.
516-1.3. Qəbir yerlərinin
rezervasiyası tələblərinin pozulması, dəfnə
icazə verilməyən ərazilərdə dəfnlərin həyata
keçirilməsinə görə - beş yüz manatdan min
manatadək məbləğdə cərimə edilir.”.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
30 oktyabr 2018-ci il
Azərbaycan.
- 2018.- 15 noyabr.- S.3.