“Xəzər dənizinin Azərbaycan
sektorunda D230 perspektiv
kəşfiyyat blokunun kəşfiyyatı,
işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan
Respublikasının Dövlət Neft
Şirkəti ilə BP EKSPLOREYŞN (AZƏRBAYCAN)
LİMİTED şirkəti və SOCAR-ın Ortaq
Neft Şirkəti arasında Sazişin qəbul və
təsdiq edilməsi, həyata keçirilməsinə icazə
verilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
2018-ci il aprelin 26-da Azərbaycan Respublikasının Dövlət
Neft Şirkəti
("SOCAR”), BP EKSPLOREYŞN (AZƏRBAYCAN) LİMİTED
("BP”) şirkəti və
SOCAR-ın Ortaq Neft Şirkəti
("ONŞ”) arasında Saziş
bağlanmışdır.
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikasının
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
1. "Xəzər
dənizinin Azərbaycan
sektorunda D230 perspektiv kəşfiyyat blokunun kəşfiyyatı, işlənməsi
və hasilatın pay bölgüsü haqqında”
Azərbaycan Respublikasının
Dövlət Neft Şirkəti ilə BP
EKSPLOREYŞN (AZƏRBAYCAN) LİMİTED şirkəti
və SOCAR-ın Ortaq Neft Şirkəti
arasında Saziş (bundan sonra - Saziş) qəbul və təsdiq edilsin, onun həyata
keçirilməsinə icazə
verilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti tərəfindən
Sazişdə iştirak
edən Podratçı
tərəflərə verilən
Azərbaycan Respublikası
Hökumətinin təminatı
və öhdəlikləri
(bundan sonra - hökumət təminatı)
qəbul edilsin və onların həyata keçirilməsinə
icazə verilsin.
3. Sazişin əsas mətninə edilmiş on üç
(13) Əlavə və
SOCAR-ın Ortaq Neft Şirkətinin yaradılmasına dair Qoşma (bundan sonra - Əlavələr) qəbul edilsin və onların həyata keçirilməsinə
icazə verilsin.
4. Bu qanun qüvvəyə mindikdən
sonra Saziş, Hökumət təminatı
və Əlavələr
Qanun olurlar. Sazişdə konkret surətdə
başqa hallar göstərilməyibsə, Saziş,
Hökumət təminatı
və Əlavələr
Sazişin qüvvədə
olduğu müddət
ərzində bu Sazişə, Hökumət
təminatına və
Əlavələrə uyğun
gəlməyən və
ya zidd olan
Azərbaycan Respublikasının
hər hansı başqa mövcud və ya qəbul
oluna biləcək qanunlarının, fərmanlarının,
yaxud inzibati sərəncamlarının (və
ya onların hissələrinin) müddəalarından
üstün tutulur.
5. Bu qanun qüvvəyə mindikdən
sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər
bağlanmış hər
hansı saziş, kontrakt və ya bu cür
başqa sənədlə
verilə bilən bütün digər hüquq və vəzifələr ləğv
edilir, habelə bu qanun qüvvəyə
mindikdən sonra Sazişin, Hökumət təminatının və
Əlavələrin şərtlərinə
müvafiq surətdə
və qüvvədə
olduğu bütün
müddət ərzində
Sazişin pay iştirakçılarına
kontrakt sahəsində
neft-qaz əməliyyatları
aparmaq üçün
müstəsna hüquq
verilir.
6. Bu qanun qüvvəyə mindikdən
sonra Podratçı tərəflərin (və
ya onların hüquq varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə
əldə etdiyi hüquqlar və mənafelər Podratçı
tərəflərin qabaqcadan
razılığı olmadan
dəyişdirilə, düzəldilə
və ya azaldıla bilməz.
7. Sazişdən
irəli gələn hüquq və öhdəliklərin yerinə
yetirilməsi üçün
Sazişin iştirakçılarına
bütün lazımi
lisenziyalar, gömrük
icazələri, vizalar,
başqa səlahiyyətlər
və sanksiyalar verilir.
8. Sazişə və ya Əlavələrə
hər hansı əlavələr, düzəlişlər,
dəyişikliklər yalnız
Sazişin şərtlərinə
və müddəalarına
uyğun olaraq Sazişin və Əlavələrin tərəflərinin
yazılı razılığı
ilə edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
12 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 15 noyabr.-
S.5.