Slovakiyanın Baş naziri Peter Pelleqrininin
Azərbaycana rəsmi səfəri başa
çatıb
Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrininin Azərbaycan Respublikasına rəsmi səfəri noyabrın 14-də başa çatıb.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Slovakiya Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Slovakiyanın Baş naziri Peter Pelleqrinini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər
rəsmi şəxslər yola salıblar.
Azərbaycan.- 2018.- 15 noyabr.- S.2.